PDF Oxu

Siyasət

  • 1 719

YAP Qax rayon təşkilatında görüş keçirilib TƏDBİR

YAP Qax rayon təşkilatında görüş keçirilib TƏDBİR

Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatında rayonun ərazi partiya təşkilatlarının sədrləri ilə görüş keçirilıb. Öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev bildirib ki, Yeni Azərbaycan Partiyası Ulu Öndərimizin müdrik, uzaqgörən, məqsədyönlü və dəqiq hədəflərə hesablanmış siyasəti nəticəsində xalqın etimadını doğrultdu, müstəqilliyimizin əbədiliyə və dönməzliyə çevrilməsinə, dövlətimizin nüfuz və qüdrətinin yüksəlməsinə sanballı töhfələr verdi. Şübhəsiz, ötən illərin ən böyük uğur və nailiyyəti iki əsrdir davam edən Qarabağ münaqişəsinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qələbə ilə həlli, təcavüzkar ermənilərin doğma torpaqlarımızdan qovularaq ərazi bütövlüyümüzün bərpasıdır.

Daha sonra cari ilin ilk yarısında görülmüş işlərlə bağlı məruzə üçün söz Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədr müavini İlkin Abbasova, maliyyə məsələləri və sosial şəbkələrlə iş mövzusunda yarım illik hesabat üçün söz Rəhim Hacızadəyə verilib.

Hesabatlar dinlənildikdən sonra Natiq Allahverdiyev ərazi partiya təşkilatı sədrlərinə qarşıda duran vəzifələrlə bağlı tapşırıq və tövsiyələrini verib.

Çıxış edən ərazi partiya təşkilat sədrləri iclasda vurğulanan məsələlərin vacibliyini və fəaliyyətlərini bu istiqamətdə quracaqlarını bildiriblər.

Digər xəbərlər