Cari ilin 6 iyun tarixində Prezident İlham Əliyevin TÜRKPA–nın növbəti plenar iclası Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub. TÜRKPA-nın plenar iclasları Türk dünyasının birliyinin təzahürü olur.
Dövlətimizin başçısı TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı dediyi bu fikirlər Türk dövlətlərinin siyasətinin əsas prioritet istiqamətlərinə çevrilir: “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur”. Mərasimdə Prezidentin bu fikri ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Türk Dövlətləri Təşkilatı xətti ilə son illər ərzində aparılan işlər birliyimizi daha da gücləndirir. Qeyd edək ki, türkdilli ölkələr arasında əməkdaşlıq kəskin dini, siyasi qütbləşmənin, millətçi əhval-ruhiyyənin yaratdığı şüarlardan yaranan birlik modeli deyil, bu, daha çox dünyanın yeni çağırışlarına adekvat cavab verən, çox strateji məqamları özündə ehtiva edən sivil əməkdaşlıq modelidir. Türkdilli ölkə prezidentlərinin zirvə görüşlərinin keçirilməsi, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) təsis edilməsi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yaradılması, Türk Dövlətləri Təşkilatının formalaşması, Türk Akademiyası, Türk Mədəniyyət və Miras Fondu, Türk Biznes Şurası kimi bənzər və ya bağlı təşkilatlar əməkdaşlığa əhəmiyyətli dərəcədə müsbət təsir etməkdədir. Türkdilli xalqlar arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və böyük coğrafiyanı əhatə edir. Bu ölkələrin zəngin təbii qaynaqları, müasir infrastrukturu və nəqliyyat yolları var. Türkdilli ölkələri ilə tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. Bu gün işğaldan azad edilmiş ərazilərdə geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər.
Hazırda Şuşaya gedən hər bir insan yeni çəkilən avtomagistraldan keçərkəngörünür ki, orada 7 tunel, 9 viaduk, bir çox körpülər inşa edilir və podratçıların əksəriyyəti Türkiyədən olan şirkətlərdir. Həmçinin, dəmir yolunun bərpası prosesi də sürətlə gedir. Belə ki, Horadiz-Ağbənd dəmir yolunun podratçısı da Türkiyə şirkətləridir. Bu gün geniş şəkildə quruculuq, abadlıq işləri aparılır və Qarabağ, Şərqi Zəngəzur dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcəkdir. İşğaldan azad edilmiş torpaqlarda həyat bərpa olunur. 4 şəhər və 4 kənd artıq bərpa edilib və keçmiş köçkünlər oraya qayıtmışlar. Türkdilli ölkələrin liderləri arasında nümunəvi dostluq münasibətləri formalaşmışdır. Bu da olduqca əhəmiyyətlidir. Prezidentlərin ortaq köklərimizə sərgilədiyi nümunəvi yanaşma vardır. 4 ilə yaxındır ki, Şuşa işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır və Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri oraya səfərlər etmişlər. Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan prezidentləri Ağdama və Füzuliyə səfər etmişdir. Bu birgəlik həm sosial-iqtisadi-ticari əlaqələrimizin inkişafına töhfə verməklə yanaşı, həmdə Türk dünasının artıq birlikdə olduqlarına bariz nümunədir. Bir sözlə cənab Prezidentin TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı dediyi kimi “Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir”.
Dövlətimizin başçısı İlham Əliyev əmindir ki, TÜRKPA-nın növbəti plenar iclası yaxşı nəticələr verəcək:"Belə toplantılar bir qayda olaraq Türk dünyasının birliyinin təzahürü olur, əminəm ki, Bakı toplantısı da istisna olmayacaq. Türk dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər. Bildiyiniz kimi, Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub. Builki prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışımda bildirmişdim ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Əslində, bu, ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Şadam ki, son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir".
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini