PDF Oxu

Siyasət

  • 2 079

Azərbaycan ilə TÜRKPA arasında əlaqələr güclənir ŞƏRH

Azərbaycan ilə TÜRKPA arasında əlaqələr güclənir ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul edib.

Qloballaşan dünyada türk dövlətlərinin və xalqlarının birliyi zərurətə çevrilib. Sovetlər ittifaqı dağıldıqdan sonra türk dövlətləri ilə münasibətlər qurmaq və inkişaf etdirmək Azərbaycanın xarici siyasətində prioritet olub. Bu siyasətin əsasını qoyan Ümummilli Liderimiz Heydər Əliyevin türk birliyinin güclənməsi istiqamətindəki xidmətləri danılmazdır. Hər il Türkdilli Dövlətlərin Zirvə Görüşünün keçirilməsi də məhz Ulu Öndərimizin təşəbbüsləri sırasında olub. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2003-cü ildən etibarən İlham Əliyevin dövlət başçısı kimi siyasətində türk dünyasının birliyinin gücləndirilməsi xüsusi yer tutur. Artıq bu gün türk dünyasının birliyi reallığa çevrilməkdədir. Türk Dövlətləri Təşkilatının yaranması, siyasi, iqtisadi, mədəni, o cümlədən hərbi sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində qəbul olunan qərarlar türk birliyinin qlobal gücə çevrilməsi yolunda atılan addımlardır. Bu gün Azərbaycan türk dövlətlərinin inteqrasiyası prosesinin sadəcə iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarlarındandır. Azərbaycan türk dünyasının mənəvi birliyinin siyasi təzahürünə nail olmaq, dünya qarşısına bütün cəhətlər üzrə daha üstün sivilizasiya ilə çıxmaq zərurətini diqqət mərkəzində saxlayır. Türk dövlətlərinin birliyi istiqamətində səylərin daha da intensivləşdirilməsi bu qənaəti bir daha gücləndirir. Son illər regionda və dünyada cərəyan edən qlobal siyasi-iqtisadi proseslər də türk xalqlarının birliyini aktual məsələ kimi gündəmə gətirir.

TÜRKPA sədrliyi rotasiya üsulu ilə ingilis əlifbası üzrə ildə bir dəfə bir ölkədən digərinə keçməkdədir. TÜRKPA Katibliyi Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən və beynəlxalq təşkilat statusuna malik olan qurumdur. Təşkilatın məqsədləri sırasında parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyası vasitələrinin köməyi ilə dövlətlər arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinə kömək göstərmək, eləcə də tarix, mədəniyyət və dil ümumiliyinə əsaslanaraq milli qanunvericiliklərin yaxınlaşdırılması və parlamentlərarası əməkdaşlığa dair digər məsələlərdə qarşılıqlı fəaliyyətin daha da sıxlaşdırılması daxildir. Bundan başqa, türk dövlətləri və digər region ölkələri arasında qarşılıqlı surətdə faydalı və bərabər hüquqlu əməkdaşlığın inkişaf etdirilməsi diqqət mərkəzindədir. Eyni zamanda, təşkilata üzv ölkələrin qanunvericiliklərinin, o cümlədən mədəni irsin və tarix, incəsənət, ədəbiyyat və digər sahələrdə türk dövlətləri üçün ümumi əhəmiyyət kəsb edən dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsinə yönəlmiş qanunvericiliklərinin yaxınlaşdırılması üzrə tövsiyələr vermək də TÜRKPA-nın fəaliyyətində vacib yer tutur. Təşkilat həm də, tərəflər arasında siyasi, sosial-iqtisadi, mədəni, humanitar, hüquqi və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinə kömək göstərir.

Könül İbrahimova

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin

Fiziologiya İnstitutuüzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər