Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyun 12-də İspaniyaya səfəri gözlənilir. İki gün davam edəcək səfər çərçivəsində Prezident Ərdoğanın VIII Türkiyə-İspaniya Hökumətlərarası Zirvə Toplantısında və İspaniya-Türkiyə biznes forumunda iştirakı nəzərdə tutulur.
İspaniyanın Baş naziri Pedro Sançesin də iştirak edəcəyi və paytaxt Madriddə keçiriləcək forumun məqsədi ticarət, yaşıl transformasiya, enerji, infrastruktur və nəqliyyat sahələrində əməkdaşlığı artırmaqdır.
Mətləb Salahov