Tarixin bütün dövrlərində Türk xalqları birliyi prioritet olmuşdur. Enişlər-yoxuşlar olsa da müasir dövrümüzdə bu həmrəylik daha çox özünü göstərir. Cənubi Qafqazın lider dövləti kimi Azərbaycan məhz bu birliyin qurucularındandır. Keçmişə nəzər salsaq görərik ki, təzyiqlərə, bəşəri cinayətlərə məruz qalmasına rəğmən türk dünyasının ümid işığı sönməmişdir. Belə ki, 1937-1938-ci illərdə, xüsusilə sovet dönəminin repressiya dalğasının tüğyan etdiyi dönəmlərdə türkdilli xalqların ən fəal nümayəndələri bu məfkurə uğrunda canlarından keçmişlər. Bu xalqlar qəlbində heç zaman alovu sönməyən Türk dünyası birliyi ideyasını qoruyub saxlamağı bacarmışlar. Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan dövlətləri öz müstəqilliklərini əldə etdikdən sonra bu ideya daha geniş vüsət almışdır. Şübhəsiz ki, suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpası bütün türk dünyasının qələbəsi kimi qəbul edilir. Xüsusilə, qardaş Türkiyənin Azərbaycana dəstəyi, regiondakı Türkiyə-Azərbaycan tandemi yeni mərhələdə sülh və sabitliyin qarantına çevrilib. Prezident cənab İlham Əliyevin cari ilin 6 iyun tarixində TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı etdiyi çıxış, Türk dünyasının birliyini və Azərbaycanın bu istiqamətdəki prioritetlərini açıq şəkildə nümayiş etdirdi. TÜRKPA-nın plenar iclasları, Türk dünyasının birliyinin təzahürü olaraq, ölkələrimizin bu birliyə yönəlmiş böyük səylərini əks etdirir. Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması – bunlar, böyük bir güc potensialıdır. Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək, əminik ki, bu olacaq, biz bunu görürük. Hər bir toplantı, hər bir Zirvə görüşü bizim məqsədlərimizə doğru atılan növbəti addım olur. Bizim ailəmiz Türk dünyasıdır. Bu ailənin çox güclü kökləri olduğunu hər münasibətimizdə daha yaxından görür, müşahidə edirik. Bu əlaqələrimiz xalqlarımız tərəfindən də qəbul edilir, gücləndirilir. Türk dünyasının gücləndirilməsi, birləşməsi Türk dünyasını, Türk Dövlətləri Təşkilatını dünya miqyasında böyük bir güc mərkəzinə çevirəcək. Çünki mövcud olan güc mərkəzləri böhran içindədir. Hərəsinin öz böhran çərçivələri var. Bizim isə əksinə, potensialımız gündən-günə çiçəklənir. Türk dünyasının ucu-bucağı yoxdur, böyük coğrafiyanı əhatə edir. Artan əhali, gənc əhali, təbii sərvətlər, nəqliyyat yolları, aramızdakı birlik. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. İndiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. Azərbaycan bu il COP29 konfransına ev sahibliyi edəcək. Bu, bizim üçün həm böyük məsuliyyətdir, həm də böyük şərəfdir. Bu qlobal tədbirə hazırlıq ərəfəsində qardaş ölkələrlə bu məsələləri də müzakirə etmək böyük fayda verəcəkdir. Zirvə görüşünün Şuşada keçirilməsi böyük rəmzi məna daşıyır. Şuşa 4 ilə yaxındırki, işğaldan azad edilib və orad asürətlə quruculuq-bərpa işləri aparılır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər etmişlər. Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan prezidentləri Ağdama və Füzuliyə səfər etmişdir. Azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlamışdır. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməlini isə bu yaxınlarda Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdam rayonunda qoyulub. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək. Azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görürük.
Nicat İsmayılov
YAP Yasamal rayonu "Akim Abbasovküç 73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri