Siyasət

  • 802

Azərbaycan TÜRKPA ilə əməkdaşlığa böyük önəm verir ŞƏRH

image

Prezident İlham Əliyevin xarici siyasətinin prioritet vəzifələrindən biri Türk dövlətləri ilə əlaqələrin daha da inkişaf etdirilməsidir. Bu gün ölkəmizdə bu istiqamətində daha qətiyyətli addımlar atılır. Qardaş ölkələrimiz arasında əməkdaşlıq əlaqələri uğurla inkişaf edir. Çoxsaylı qarşılıqlı səfərlər, iqtisadi, mədəni, enerji, nəqliyyat və digər sahələrdə həyata keçirilən layihələr və atılan addımlar türk dövlətlərinin əlaqələrini daha da möhkəmləndirir. Əminliklə deyə bilərik ki, TÜRKPA üzvü olan ölkələr arasında ortaq tarixə, ümumi dilə, mədəni dəyərlərlə və qarşılıqlı etimada əsaslanan əlaqələr keyfiyyətcə yeni mərhələyə daxil olub. Türk dünyasında əməkdaşlığın bütün sahələrində böyük potensial mövcuddur və bu potensialdan istifadə edərək assambleyanın həyata keçirəcəyi fəaliyyətlər ortaq hədəflərimizə çatmaqda öz töhfəsini verəcəkdir.

Bu günlərdə Bakıda keçirilən TÜRKPA-nın plenar iclasları Türk dünyasının birliyinin daha bir nümunəsi oldu. Prezident İlham Əliyevin bu il iyunun 6-da TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı səsləndirdiyi fikirlər Türk dünyasının birləşməsi istiqamətində yol xəritəsi oldu. Dövlət başçısı çıxışı zamanı bu fikri bir daha diqqətə çatdırdı: “Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması – bunlar, böyük bir güc potensialıdır. Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək, əminəm ki, bu olacaq, biz bunu görürük. Hər bir toplantı, hər bir Zirvə görüşü bizim məqsədlərimizə doğru atılan növbəti addım olur.”

Son dörd ildə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan prezidentlərinin Şuşaya, Ağdama, Füzuliyə etdikləri səfərlər bu birliyin möhkəmlənməsinə misilsiz töhfələr verir. Azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlamışdır. Bu müəssisələr Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməli isə bu yaxınlarda Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdam rayonunda qoyulub. Cəbrayıl rayonunda isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək. Bu işlər azad edilmiş torpaqlarımızda Türk dünyasının birliyini əyani təcəssümüdür. Bütün bu vacib məqamlar Ölkə Prezidenti cənab İlham Əliyevin çıxışında öz əksini tapmışdır.

Dövlətimizin başçısı Zirvə görüşlərinin keçirilməsinin mütəmadi xarakter almalı olduğunu da vurğuladı. Yaxın vaxtlarda Şuşada belə bir tədbirin keçirilməsi planlaşdırılıb. Məlum olduğu kimi, Şuşa Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək.Bunu da qeyd etmək lazımdır ki, COP29 öncəsi Türk dövlətlərinin rəhbərlərinin Azərbaycanda bir araya gələrək vahid strateji mövqe formalaşdırmaları, müzakirə olunacaq məsələlər üzrə evvektiv nəticələrin əldə olunmasına xidmət edəcək.

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq, abadlıq işlərinin aparılmasından söhbət açaraq bildirdi ki, azad edilmiş torpaqlarda həyat bərpa olunur. Artıq 4 şəhər və 4 kənd bərpa edilib və keçmiş köçkünlər oraya qayıtmışlar. Yeddi mindən çox keçmiş köçkün artıq öz dədə-baba torpaqlarında yaşayır və bu ilin sonuna qədər bu rəqəm ən azı 20 minə çatacaq. Dövlət başçısı geniş quruculuq, abadlıq işlərinin davam etdiriləcəyini və Qarabağın, Şərqi Zəngəzurun dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcəyini vurğuladı.

TÜRKPA-nın ən mühüm funksiyalarından biri türk dövlətləri arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində təşəbbüslərə hüquqi dəstək göstərməkdir. Azərbaycan TÜRKPA ilə əməkdaşlığa böyük önəm verir. Ölkəmizin Türk dövlətləri ilə əməkdaşlığa verdiyi dəyər bizi sevindirir.

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Digər xəbərlər