Siyasət

  • 876

"Məqsədləri hakimiyyətə gəlib yenə də milyardlarla pul qazanmaqdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

image

"Ermənistandakı problemlərin coğrafi cəhətdən iki mənbəyi var".Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.O bildirib ki, lakin kökü eynidir, kökdə revanşist qüvvələr dayanır: "O qüvvələrdir ki, onların öz siyasi oyunları var. Bunların biri Ermənistanın daxilində olan revanşist qüvvələrdir. Onların əsasları daha çox müxalifətdir. Keçmiş prezident Koçaryanın Qarabağ planı var idi ki, siyasi mübarizədə Paşinyana məğlub oldular. Onlar qarışıqlıq yaradırlar ki, yenidən hakimiyyətə gəlsinlər. Hakimiyyət söhbətidir, nə milli maraqlar, nə də erməni xalqının mənafeyi, gələcəyi onlara maraqlı deyil. Maraqlı olan hakimiyyətə gəlib yenə də milyardlarla pul qazanmaqdır. Yeganə məqsədləri budur.İkinci mənbə xaricdə yaşayan erməni diasporasıdır. Onların, bəlkə də, 50%-dən çoxu heç Ermənistana gəlməyib, bilmirlər ki, Ermənistan xəritədə hansı tərəfdədir. Amma yenə də kökləniblər ki, daim bu problemləri qaldırsınlar. Onların da maraqları var. Bu maraqlar da maliyyə ilə əlaqədardır. Başqa maraq görmürəm. Hər dəfə millətçiliyi ortaya atırlar. Əgər millətçidirlərsə, erməni xalqının gələcəyini düşünməlidirlər. Cənab Prezident İlham Əliyev də bunu dəfələrlə deyib ki, Ermənistan hökumət və ölkə kimi itib-bata bilər. Bunu göz önündə tutmalıdırlar. Bütün oyunlar bitib. Ciddi formada Azərbaycan hakimiyyəti, dünyanın bir çox ölkələri tələb edirlər ki, sülh müqaviləsi bağlansın. Ermənistan üçün də iqtisadi şərait yaransın. Yazıq xalq barəsində düzgün fikirləşmirlər ki, onlar da bir gün görsünlər, dünyəvi iqtisadiyyatdan normal formada istifadə edə bilsinlər"."Quyunun dibinə su tökməklə deyil. Əgər orada su yoxdursa, deməli, quyuda su olmayacaq. Təxminən 30 ildən çoxdur ki, Ermənistana bütün dünyadan erməni diasporası maliyyə yardımı edirdi. Milyard dollarlardan söhbət gedir. Bu gün artıq bir neçə ildir, müharibədən sonra bunlar hamısı tükəndi. Ona görə ki, diasporanın çox hissəsi başa düşdü ki, pul verməklə deyil, millət, xalq üçün heç bir problem həll olunmur. Sadəcə olaraq bulanıq suda balıq tutmaq istəyənlər var. Düşünürəm, görürəm ki, Ermənistanda kifayət qədər insan var, siyasi ekspertlər, deputatlar, bu günkü Ermənistan iqtidarının əksəriyyəti başa düşürlər ki, bir yol var. Sülh müqaviləsi biz dediyimiz şərtlərlə bağlanmalıdır. Zəngəzur yolları açılmalı, iqtisadiyyat inkişaf etməlidir. O zaman onlar hiss edəcəklər ki, necə böyük fərq yaranır. Hər bir hadisənin, hər bir hərəkətin əvvəli və sonu var. Onların da hərəkətinin sonudur. Bunu süni formada uzatmaq, qızışdırmaq, hansısa xülyalarla, fantaziyalarla yaşamağa dəyməz. Artıq iş görülüb, bu gün bunu başqa müstəvidə, sülh müstəvisində həll etmək lazımdır"- deyə o, əlavə edib.
Müəllif: Söylü Ağazadə

Digər xəbərlər