Siyasət

  • 801

Tibb işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib FOTOLAR

image

Yeni Azərbaycan Partiyası Yasamal Rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və “A.M.Şərifzadə küç.196” ünvanı üzrə (Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi) ilə birgə “17 İyun -Tibb işçilərinin peşə bayramı günü”nə həsr olunmuş tədbir keçirilib.Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinın başçısı Elşad Həsənov, Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf Ağayev, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımov, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli, 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva, K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Aynur Poluxova, YAP Yasamal rayon təşkilatının, Yasamal Rayon İcra Hakimiyyətinın və Yasamal rayonu üzrə tibb müsəssisələrinin əməkdaşları, Partiya üzvləri iştirak edib.Tədbirin rəsmi hissəsindən əvvəl Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində ümummilli lider Heydər Əliyevin büstü ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın suverenliyi və azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Daha sonra 17 İyun -Tibb işçilərinin peşə bayramı gününə həsr olunmuş videoçarx nümayiş olunub.Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Yasamal Rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından dərhal sonra onun həyata keçirməyə başladığı islahatlar tibb sahəsində də öz bəhrəsini verdi, səhiyyənin səmərəsinin yüklədilməsi və intensivləşdirilməsi üçün baza yaradıldı, beynəlxalq əlaqələr genişləndirildi. Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident cənab İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident cənab İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibb xidmətlərindən yüksək səviyyədə yararlanır. Azərbaycan səhiyyəsinə göstərilən bu diqqət və qayğı içərisində tibb işçiləri peşə bayramlarını qeyd edirlər. Bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diabetli, talassemiyalı xəstələrə göstərdiyi qayğı, onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında gördüyü işlər xalqımız tərəfindən çox böyük razılıq və rəğbətlə qarşılanır. Bəxtiyar Nəbiyev çıxışının sonunda tibb sahəsində çalışanları qarşıdan gələn 17 İyun -Tibb işçilərinin peşə bayramı günü münasibəti ilə təbrik edib.Çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinın başçısı Elşad Həsənov ki, hər il 17 iyun tarixində Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunmasının ulu öndər Heydər Əliyevin ölkə səhiyyəsi üçün gördüyü mühüm işlər sırasında xüsusi rol oynadığını diqqətə çatdırıb. Ümummilli Liderin ölkəmizdə səhiyyənin inkişafı sahəsində gördüyü işlərdən danışaraq onu müstəqil Azərbaycan dövlətinin və səhiyyəsinin memarı adlandırıb:"Təsadüfi deyil ki, Ulu Öndər səhiyyə sektorunun inkişafına xüsusi önəm verirdi və bunu əsas prioritet istiqamətlərdən birinə çevirmişdi. Əhalinin sağlamlığının qorunması, tibbi xidmətin yüksək səviyyədə təşkili Ulu Öndərin ən çox diqqət göstərdiyi məqamlardan idi. Məhz onun ölkəyə rəhbərliyi dövründə müasir səhiyyə ocaqlarının istifadəyə verilməsinə başlandı. Nəinki paytaxt Bakıda, ən ucqar regionlarda, kəndlərdə belə ən müasir tibbi mərkəzlər yaradıldı ki, bu mərkəzlərdə tibb işçilərinin fəaliyyəti üçün geniş imkanlar vardı". Bu gün əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulan səhiyyə sahəsində aparılan uğurlu işlər Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə davam etdirilir. Çıxışın sonunda Elşad Həsənov Tibb işçilərinin peşə bayramı günü münasibəti ilə səhiyyə əməkdaşlarına təbrik edib.Tədbir Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf Ağayev, Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə rəhbəri Fazil Abbasov və Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Nərgiz Məmmədovanın çıxışları ilə davam edib. Çıxışlarda ölkəmizin səhiyyə sahəsində əldə etdiyi uğurlardan və bu uğurların əldə olunmasında ümummilli lider Heydər Əliyevin, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna fəaliyyətlərindən bəhs edilib.Çıxışlardan sonra bir qrup səhiyyə sahəsində çalışan həkimlərə fəxri fərman və Partiya sıralarına yeni qoşulanlara isə üzvlük vəsiqələri təqdim edilib.

Digər xəbərlər