Siyasət

  • 1 076

YAP Nizami rayon təşkilatının rəhbərliyi və fəalları Naxçıvan Muxtar Respublikasında səfərdə olublar

image

15 İyun – Milli Qurtuluş Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının rəhbərliyi və fəalları Naxçıvan Muxtar Respublikasında səfərdə olublar.

Səfərin məqsədi müasir müstəqil Azərbaycan dövlətinin memarı Ümummilli Lider Heydər Əliyevin doğma yurdu, Yeni Azərbaycan Partiyasının təsis olunduğu Naxçıvan Muxtar Respublikası ilə tanışlıq olub.
Səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyevin abidəsi, Şəhidlər Xiyabanı ziyarət olunub, Heydər Əliyev Muzeyi ilə tanışlıq olub.
Daha sonra YAP Naxçıvan şəhər təşkilatının qərargahında görüş keçirilib. Görüşdə YAP Naxçıvan şəhər təşkilatının sədri, Ali Məclisin deputatı Elman Cəfərli, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış ediblər. Çıxışlarda siyasi-ideoloji işlər, partiya uçotu, sosial media fəaliyyəti və digər istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.
Sonra Zəfər parkı, Möminə Xatun türbəsi, Xan sarayı, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Nuh peyğəmbərin məzarüstü türbəsi, Heydər məscidi, Naxçıvan Döyüş şöhrəti muzeyi, Duzdağ Fizioterapiya Mərkəzi, “Əshabi-Kəhf” ziyarətgahı ziyarət olunub, Batabat gölü mənzərəsi seyr edilib.
Naxçıvan Muxtar Respublikasına səfər və tanışlıq nümayəndə heyətinin üzvlərində zəngin təəssürat yaradıb.

Digər xəbərlər