Siyasət

  • 914

Tibb işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib ŞƏRH

image

Yeni Azərbaycan Partiyası Yasamal Rayon təşkilatı və “M.Xiyabani küç.25” ünvanı üzrə (39 saylı şəhər poliklinikası) ərazi partiya təşkilatı ilə birgə 15 iyun-Milli Qurtuluş Günü və 17 iyun- Tibb işçilərinin peşə bayramı gününə həsr olunmuş tədbir keçirilib.Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, 39 saylı şəhər poliklinikasının baş həkimi, “M.Xiyabani küç.25” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Ləman Hacıyeva, YAP Yasamal rayon təşkilatının əməkdaşları və Partiyanın üzvləri iştirak edib.Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın suverenliyi və azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.39 saylı şəhər poliklinikasının baş həkimi, “M.Xiyabani küç.25” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Ləman Hacıyeva tədbiri giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyunundan 31 il ötür. Bu o tarixdir ki, həmin gün dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilməsi üçün əsaslı sütunlar yarandı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu inkişafın təməl daşlarından birini də səhiyyə sahəsindəki uğurlar təşkil edir. Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından dərhal sonra onun həyata keçirməyə başladığı islahatlar tibb sahəsində də öz bəhrəsini verdi, səhiyyənin səmərəsinin yüksəldilməsi və intensivləşdirilməsi üçün baza yaradıldı, beynəlxalq əlaqələr genişləndirildi Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır.Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi dövlətimiz daim diqqət mərkəzindədir.Daha sonra çıxış edən sahə həkimi terapevt Atatürk Tağıyev və həkim pediatr İlahə Bədəlova 15 iyun -Milli Qurtuluş günündən və onun ictimai-siyasi əhəmiyyətindən bəhs ediblər. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan səhiyyə sahəsinin uğurlu inkişafında bəhs edən çıxışçılar qeyd ediblər ki, bu gün səhiyyə sahəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın göstərdikləri diqqət və qayğı ilə əhatə olunub.Yekun nitqi ilə çıxış edən Yeni Azərbaycan Partiyası Yasamal Rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Bu gün hər kəs, istər müstəqil Azərbaycanın vətəndaşları, istərsə də bütün dünyada yaşayan azərbaycanlılar yaxşı bilir ki, ulu öndər Heydər Əliyev şəxsiyyəti müasir Azərbaycanın dövlətçilik tarixində ən parlaq simadır. Azərbaycan xalqının qəlbində əbədiyaşar yerə sahib, hələ sağlığında Ümummilli Lider statusunu qazanan, Ulu Öndər kimi milyonların sevimlisi olan Heydər Əliyev müasir Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu kimi tarixə düşüb. Bəli, hər kəsin bildiyi və qəbul etdiyi, bəzilərinin istəməsə belə qəbul etməyə məcbur olduğu yenilməz bir həqiqət var ki, bu, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının xilaskarı, onun müəyyən etdiyi ideoloji xəttin müasir dövlətimizin parlaq gələcəyinin təminatçısı olmasıdır. Bunun nəticəsidir ki, Azərbaycan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm Zəfərlər əldə edərək adını dünya tarixinə qızıl hərflərlə yazıdırdı. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin xaqımızın təkidli tələbi əsasında hakimiyyətə qayıdışından sonra bir sıra fərman və sərəncamların imzalaması, bütün sahələrdə, eləcə də, tibb sahəsində həyata keçirdiyi islahatlar səhiyyə sahəsinin inkişafının əsasını qoydu. Ulu öndər Heydər Əliyevin səhiyyəyə diqqət və qayğısının nəticəsi olaraq 2001-ci il 4 iyun tarixli Sərəncamı ilə hər il 17 iyun Tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısının nəticəsində Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz öz həyatımızda hiss edirik. Dövlət başçısının səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatının və müalicəsinin, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasının başlıca istiqamətlərini təşkil edir. Bir sıra dövlət proqramlarının reallaşdırılmasında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır. Çıxışın sonunda Bəxtiyar Nəbiyev 15 iyun-Milli Qurtuluş Günü və 17 iyun- Tibb işçilərinin peşə bayramı günü ilə əlaqədar olaraq tədbir iştirakçılarını təbrik edib.Tədbirin sonunda bir qrup həkimə fəxri fərmanlar və Partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim olunub.

Tədbirə bədii hissə ilə yekun vurulub.

Digər xəbərlər