PDF Oxu

Siyasət

  • 1 212

15 iyun Qurtuluş Günü ən şanlı, ən şərəfli günlərindən biridir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

image

"15 iyun Qurtuluş Günü Azərbaycan tarixinin ən şanlı, ən şərəfli günlərindən biridir". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.O bildirib ki, bu tarixdə Azərbaycan xalqı, dövləti məhv olmaqdan, dağılmaqdan və qarşıdurmalardan, problemlərdən xilas oldu: "Həmin dövrdə ölkəmiz vətəndaş müharibəsi ilə üzbəüz qaldı. Ölkəmiz çox ciddi sınaqlarla qarşı-qarşıya idi. Çox ağır, mürəkkəb, gərgin bir dövr idi. Azərbaycan xalqı bu ağır günlərdən də xilas ola bildi. Xalqımız öz qələbəsini, zəfərini təmin edə bildi. Bu tarix Azərbaycan tarixinin şanlı tarixinə qızıl hərflərlə yazılmış bir gün kimi qiymətləndirilməlidir. Biz bu tarixdə öz zəfərimizi, qələbəmizi, uğurumuzu təmin edə bildik. Həmin dövrdə Heydər Əliyev hakimiyyətə gəlməsə idi, bəlkə də, bu gün Azərbaycan yox idi, bəlkə də, Azərbaycan bir neçə yerə bölünmüşdü. O mənada bu tarix ən şərəfli, ən dəyərli, ən uğurlu tarixlərdən biridir. Hər il Azərbaycan xalqı bu günü qeyd edir"."Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan yeni mərhələyə daxil oldu. Azərbaycan yeni inkişaf mərhələsinə daxil oldu, daha güclü oldu, ordu quruculuğunu həyata keçirdi. Xalqımız bir çox bəlalardan, bir çox çətinliklərdən, məşəqqətlərdən xilas oldu və irəliyə daha qətiyyətlə baxmağı bacardı. Azərbaycan xalqı bununla daha da möhkəmləndi, daha da gücləndi, irəliyə inamla baxmağı bacardı, daha da güclü dövlətin qurulmasına, qələbənin təmin olunmasına nail ola bildi. Biz bu tarixi hər zaman qeyd etməliyik, bu tarixin unudulmaması üçün də hər birimiz ciddi səylə və qətiyyətlə çalışmalıyıq. Addımlarımızı, səylərimizi davam etdirməliyik ki, dövlətçiliyimiz, dövlətçilik ənənələri daha da inkişaf etsin, daha da möhkəmlənsin. Bu, olduqca vacib bir tarixi dövr, tarixi mərhələdir. Ona görə də bugünkü qələbələrimizin, uğurlarımızın, nailiyyətlərimizin təməlində həm də 15 iyun, 15 iyunda əldə etdiyimiz uğurlar dayanır.Bu gün Azərbaycan xalqı, gəncliyi bu tarixi hər zaman anır və gələcəkdə anacaq. Bu tarix hər zaman Azərbaycan tarixində qızıl hərflərlə yazılmış, unudulmayan, Azərbaycan xalqının tarixində dərin izləri olan bir gün kimi yaşayacaq. Xalqımız bu qələbəni hər zaman yaşadaraq gələcək nəsillərə çatdıracaq, gələcək nəsillərin yaddaşına həkk etdirəcək"- deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər