PDF Oxu

Siyasət

  • 1 457

“15 iyun tarixi Azərbaycan dövlətçiliyi tarixində çox ciddi dönüş nöqtəsi olub“ - BƏHRUZ QULİYEV

“15 iyun tarixi Azərbaycan dövlətçiliyi tarixində çox ciddi dönüş nöqtəsi olub“ - BƏHRUZ QULİYEV

“Bu gün baş tutan tədbirdə “Xalqın taleyini dəyişən zəfər günü” filminin təqdimatı baş tutacaq. Tədbirdə ictimai-siyasi xadimlər və o dövrün canlı şahidləri çıxış edəcəklər. Tədbir SƏS Media Qrupunun və UNEC-in birgə təşkilatçılığı ilə keçirilir. Belə bir təşəbbüs irəli sürməkdə məqsədim tədbirin tələbələr, əhalinin ziyalı təbəqəsi və medianın iştirakı ilə keçirilməsi idi. Çünki media birbaşa olaraq dövlətin və cəmiyyətin həyatında baş verən hadisələri geniş ictimaiyyətə ötürür”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev deyib.O bildirib ki, bu cür tədbirlərin keçirilməsi gələcək nəsillərə media üzərindən tarixi ötürməkdə mühüm rol oynayır: “15 iyun tarixi Azərbaycan dövlətçiliyi tarixində çox ciddi dönüş nöqtəsi olub. Film də məhz iki hissədən ibarətdir: birinci hissə 15 iyun Qurtuluş Gününə qədərki, ikinci hissə isə Qurtuluş Günündən sonrakı dövrü əhatə edir. Ulu Öndər elə bir dönəmdə xalqın təkidi ilə hakimiyyətə gəldi ki, o dövrdə dövlətin və xalqın çətin günlərdən xilas edilməyə ehtiyacı var idi. Buna görə də keçdiyimiz bu tarixi hər zaman yazılarımızda, bədii ədəbiyyatda və filmlərdə canlandırmalıyıq. Qeyd edim ki, filmin ikinci hissəsi də özlüyündə Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin hakimiyyət dövrünü əhatə etməklə iki hissədən ibarətdir və Zəfər tariximiz də filmdə öz əksini tapıb”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər