Misir Ərəb Respublikası 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb. 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb.30 il davam edən Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə edib.
Azərbaycan ilə ərəb dünyası arasında böyük tarixi-mədəni əlaqə mövcuddur və Misir bu baxımdan xüsusi yer tutur. Prezident İlham Əliyevin 2024-cü ilin iyunun 8-də Misirə səfəri iki ölkə arasında ikitərəfli əməkdaşlığa yeni səhifə açacaq. Bunu Prezident İlham Əliyev Qahirədə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatından da görmək olur. Cənab Prezident bəyanatında bu səfərin Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcəyini deyib: “Ölkələrimiz arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır. Bu siyasi dialoq bundan sonra da davam ediləcək”. Afrika qitəsinin şimal-şərqində, Yaxın Şərq bölgəsində yerləşən Misir Ərəb Respublikası 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il martın 27-də qurulub. Misirin Bakıdakı səfirliyi 1993-cü ilin aprelindən, Azərbaycanın Qahirədəki səfirliyi isə 1994-cü ilin yanvarından fəaliyyət göstərir.2022-ci il Azərbaycan ilə Misir arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olundu. Və bu illər ərzində iki ölkə arasında siyasi, iqtisadi, ticarət, mədəni və digər sahələrdə yaxşı inkişaf etmiş əməkdaşlıq formalaşıb.Həm Avropa ölkələri, həm türk dünyası ölkələri, həm də ərəb dövlətləri ilə güclü tərəfdaşlıq əlaqələri quran Azərbaycan etibarlı, etibarlı tərəfdaş kimi imicini yüksəltməkdə davam edir. Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan biznes mühitinin inkişafında mühüm nailiyyətlər əldə edib. Beləliklə, dünyanın ən böyük şirkətləri Azərbaycanda perspektivli layihələrə külli miqdarda vəsait yatırmaq istəyir və təbii ki, Misir də kənarda qalmayacaq. Azərbaycan və Misir dost ölkələr olaraq yüksək iqtisadi və mədəni əlaqələrə malikdir. Misirlə ticarət, sənaye, qarşılıqlı investisiyalar, təhsil, mədəniyyət və turizm sahəsində əməkdaşlıq imkanları genişdir. Sabitlik, mükəmməl biznes və investisiya mühiti, eləcə də ölkə rəhbərliyinin nümayiş etdirdiyi ciddi siyasi iradə Azərbaycan iqtisadiyyatının uğurunun və ölkənin tərəfdaşları ilə uğurlu ikitərəfli münasibətlərinin əsasını təşkil edir.
Misir Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə edib. Cənab Prezident çıxışında Azərbaycan və Ermənistanın öz sərhədlərini müəyyənləşdirmək işində nail olunan uğurlardan, eyni zamanda 12,7 kilometr dövlət sərhədinin razılaşdırıldığından söz açdı. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan keçən ilin sentyabr ayında öz dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmişdir. Bu, Ermənistan ilə normallaşma yolumuzda önəmli amil olacaqdır. İki ilə yaxındır Azərbaycan-Ermənistan şərti sərhədində sakitlikdir, heç bir atəşkəs pozuntusu müşahidə edilmir.
Nicat İsmayılov
YAP Yasamal rayonu "Akim Abbasov küç.73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri