Siyasət

  • 2 545

YAP Biləsuvar rayon təşkilatında hesabat-seçki yığıncağı keçirib - ŞƏRH

image

İyun ayının 12-də Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının 5 saylı şəhər ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilldi. İclasda YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.

Hesabat-seçki yığıncağının açılışında Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Yığıncağın gündəliyində duran iki məsələ müzakirə olunub. I məsələ ərazi partiya təşkilatının sədrinin hesabat məruzəsinin dinlənilməsi, II məsələ ərazi partiya təşkilatının sədr və sədr müavininin seçilməsi olub.

Gündəlikdə duran I məsələ ilə əlaqədar 5 saylı şəhər ərazi partiya təşkilatının sədri Fərail Kazımov ərazi partiya təşkilatının hesabat dövrü ərzində fəaliyyəti barədə məlumat verdi. O, görülmüş işlər, həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə danışdı. Hesabat ətrafında çıxışlar dinlənilərək ərazi partiya təşkilatının fəaliyyəti qənaətbəxş hesab edildi.

Gündəlikdə duran II məsələ müzakirə edilərək təkliflər dinlənildi. Çıxış və təkliflər dinlənildikdən sonra səsvermə nəticəsində Kazımov Fərail Məmmədli oğlu YAP Biləsuvar rayon təşkilatının 5 saylı şəhər ərazi partiya təşkilatının sədri, Qulıyeva Mədinə Ələddin qızı isə sədr müavini seçildilər.

Yığıncaqda çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdəki rolundan, Partiyanın Proqram və Nizamnaməsinin tələblərindən danışdı. Ölkəmizdə və yaşadığımız regionda baş verən hadisə və proseslərdən söz açan Azərbaycan Respublikasının Prezidenti,Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin həyat keçirdiyi daxili və xarici siyasətinin uğurlarından bəhs etdi. Kamil Qurbanlı yeni seçilən sədr və sədr müavinini təbrik edərək onlara işlərində uğurlar arzuladı.Təşkilat üzvlərini partiyanın rayon təşkilatının fəaliyyətində daha yaxından iştirak etməyə dəvət etdi.

Sonda YAP Biləsuvar rayon təşkilatının keçirdiyi tədbirlərdə fəal iştirak edən partiya üzvlərinə təşəkkürnamə təqdim olundu.

Digər xəbərlər