PDF Oxu

Siyasət

  • 1 254

15 iyun - Azərbaycanın xilas, qurtuluş tarixi ŞƏRH

15 iyun - Azərbaycanın xilas, qurtuluş tarixi ŞƏRH

Azərbaycanın siyasi təqvimində çox əlamətdar günlərdən biri 15 iyundur. Müasir Azərbaycan Dövlətinin qurulub, möhkəmlənməsində 15 iyun – Milli Qurtuluş tarixinin əhəmiyyəti çox böyükdür. 15 iyun Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsidir. Bu təqvim xalqımız üçün əsl qurtuluş tarixidir.

Yenicə müstəqilliyini bərpa etmiş Azərbaycan böhran içində idi.Ölkəmiz məhv olmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Bir tərəfdən Ermənistan orudusunun torpaqlarımızıişğal etməsi, digər tərəfindən ölkə daxilində hakimiyyət davası, hökm sürən xaos, özbaşınalıq Azərbaycanı uçuruma doğru sürükləyirdi.

Azərbaycan xalqı yaxşı bilirdi ki, ölkəmizi bu təhlükəli vəziyyətdən sadəcə böyük dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyev xilas edə bilərdi. Məhz Azərbaycanın belə ağır bir vəziyyətində xalqın arzusu, istəyi, təkidli tələbi ilə Ümummilli Lider Naxçıvandan Bakıya gəldi və iyunun 15-də Azərbaycan parlamentinin sədri seçildi.

1993-cü il iyunun 15-də Ulu öndər Heydər Əliyevhakimiyyətə qayıdışı iləölkəmiz üzləşdiyi bütün bəlalardan, ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, bu günkü güclü, qüdrətli, qalib Azərbaycanın sarsılmaz təməlləri qoyuldu.

Ulu öndər öz xilaskarlıq missiyası ilə ölkəmizi vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas etdi. Bu gün Azərbaycan Heydər Əliyevin uzaqgörən siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin sayəsində qüdrətli bir dövlətdir. Artıq Azərbaycan dünya xəritəsində yer alan sadə bir ölkə deyil. Dövlət başçımız dünyada baş verən qlobal problemlərin həllində olduqca əhəmiyyətli təşəbbüslərlə çıxış edən, ölkəmiz isə bu problemlərin həlli yollarını axtaran bir məkana çevrilib.

Qurtuluş tarixindən keçən 31 il ərzində Azərbaycan xalqı böyük bir inkişaf yolu keçdi. Geniş miqyaslı islahatlar həyata keçirildi, dünyəvi layihələr reallaşdı, iqtisadiyyatımız gücləndi, ən əsası Ali Baş Komandanımızın rəhbərliyi və Azərbaycan Ordusunun gücülə 30 il işğal altında qalan torpaqlarımız erməni terrorçularından azad olundu. 44 günlük Vətən müharibəsi Azərbaycanın gücünün, qüdrətinin ən yüksək zirvəsi olaraq şanlı tariximizə yazıldı!. İndi həmin ərazilərdə geniş quruculuq işləri həyata keçirilir, yeni - yeni kəndlər, qəsəbələr, rayonlar salınır. Köçkün düşmüş soydaşlarımız hissə-hissə öz əzəli torpaqlarına qaytarılır. Bu möhtəşəm Zəfər , ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi , əldə olunan bütün tarixi uğurlar məhz 15 iyun 1993- cü ildə Qurtuluşdan başlayan düşünülmüş yolun təntənəsidir.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Digər xəbərlər