PDF Oxu

Siyasət

  • 1 698

Yasamal rayonunda Qurban bayramı münasibəti ilə keçirilən aksiyanın dördüncü günüdür

Yasamal rayonunda Qurban bayramı münasibəti ilə keçirilən aksiyanın dördüncü günüdür

YAP Yasamal rayon təşkilatının təşkilatçılığı, 17 saylı Yasamal üçüncü seçki dairəsinin millət vəkili Elnur Allahverdiyevin təşəbbüsü və Yasamal rayon bələdiyyəsinin dəstəyi ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatlarının paylanılması aksiyası artıq dörd gündür davam edir.

Qurban bayramı münasibəti iləkeçirilənaksiyanın dördüncügünündə17 saylı Yasamal üçüncü seçki dairəsi ərazisində aztəminatlı ailələr ziyarət edilib, həmin ailələrə bayram sovqatları paylanılıb. Aztəminatlı ailələr onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, aksiyanın dördüncü günündə325 ailəyə bayram sovqatları paylanılıb.

Qurban bayramınız mübarək!

Digər xəbərlər