Kifayət qədər mürəkkəb mexanizm olan hərb sistemində gözlənilən və gözlənilməyən hadisələrin baş verməsi mümkündür. Heç şübhəsiz ki, Ermənistanda informasiya təxribatı ilə məşğul olan qurumların fəaliyyəti davam edəcək. Onlar mütəmadi olaraq Azərbaycan media gündəminə soxulmaq üçün davamlı çalışırlar. Və bir çox hallarda buna nail olurlar. Belə təxribatlarla məşğul olan erməni kimin tərəfindədir? Paşinyançıdır, revanşistdir, onlar kimdir? Bu bizi əsla maraqlandırmamalıdır. Çunki bunların toplum olaraq hədəfləri çox vaxt bəlli olur. Ən vacibi isə odur ki, ermənilərin informasiya təxribatı Azərbaycan mediasının gündəmini zəbt etməməlidir. İndi və hər zaman bu ölkədə baş verən bütün prosesləri izləmək çox zəruridir. Amma, lakin qorxulu odur ki, informasiya təxribatının toruna düşəsən. Ona görə, cəmiyyət ayıq-sayıqlığını, media peşəkarlığını itirməməlidir.