13 iyun 2024-cü il tarixdə Xocavənd qəsəbəsi Rayon Mədəniyyət evində 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar konsert proqramı təqdim edilmişdir. Bayram tədbirində YAP Xocavənd rayon təşkilatının sədr müavini Sahil Şirinli, Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva, Aparatın əməkdaşları, idarə və müəssisə rəhbərləri və kollektivləri, məktəblilər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan konsertdə xalqımızın hər il 15 iyun tarixini Milli Qurtuluş Günü kimi böyük təmtəraqla qeyd etdiyi bildirilib.
Konsertdə bəstəkar və xalq mahnıları səslənib, rəqs nümunələri təqdim olunub, konsert iştirakçılarının çıxışları alqışlarla qarşılanıb.