PDF Oxu

Siyasət

  • 1 317

Yasamal rayonunda Qurban bayramı münasibəti ilə keçirilən aksiyaya yekun vurulub ŞƏRH

Yasamal rayonunda Qurban bayramı münasibəti ilə keçirilən aksiyaya yekun vurulub ŞƏRH

YAP Yasamal rayon təşkilatının təşkilatçılığı, 17 saylı Yasamal üçüncü seçki dairəsinin millət vəkili Elnur Allahverdiyevin təşəbbüsü və Yasamal rayon bələdiyyəsinin dəstəyi ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatlarının paylanılması aksiyasına yekun vurulub.

Qurban bayramı münasibəti ilə dörd gün müddətində keçirilən aksiyada 17 saylı Yasamal üçüncü seçki dairəsi ərazisində aztəminatlı ailələr ziyarət edilib,həmin ailələrə bayram sovqatları paylanılıb. Aztəminatlı ailələr onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, aksiyanın keçirildiyi dörd gün müddətində 1020 ailəyə bayram sovqatları paylanılıb.

Qurban bayramınız mübarək!

Digər xəbərlər