PDF Oxu

Siyasət

  • 1 361

“Azərbaycan-Türkiyə münasibətləri region üçün sülh və sabitlik mənbəyidir” - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan-Türkiyə münasibətləri region üçün sülh və sabitlik mənbəyidir” - DEPUTAT ŞƏRH ETDİ

“Milli Qurtuluş günündə və tarixi Qars müqaviləsinin 100 illiyində imzalanan Şuşa bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının simvoludur. Məhz bu tarixi sənəd Azərbaycanla Türkiyənin qardaşlığını bütün dünyaya bəyan etdi. Bu bəyannamə ilə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsası qoyuldu. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Əslində, faktiki olaraq, biz uzun illər müttəfiqlər kimi fəaliyyət göstərirdik, ancaq Şuşa Bəyannaməsi bunu rəsmi sənədə çevirdi”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib. Millət vəkilinin sözlərinə görə, son 3 ildə bəyannamə çərçivəsində atılan addımların münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin etdiyini görürük: “Eyni zamanda müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyəti də artmaqdadır. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Şuşa Bəyannaməsi hərbi əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edir. Bəyannamə əsasında hər iki ölkənin Təhlükəsizlik şuralarının ən vacib məsələlər üzrə müzakirələri birgə iclaslarda reallaşdırmaq nəzərdə tutulub. Tarixi Şuşa Bəyannaməsinin ən böyük üstünlüklərindən biri onun sülhə və inteqrasiyaya yol açmasıdır.Bəyannamənin əhəmiyyətini şərtləndirən mühüm amillərdən biri də Azərbaycanın və Türkiyənin milli gücünün artması, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da öhkəmlənməsidir.
Məlumdur ki, sənəddə əksini tapan mühüm məsələlərdən biri də xaricdə yaşayan türk və Azərbaycan icmaları arasında informasiya mübadiləsini artırmaq və diplomatik səyləri birləşdirməkdir. Beynəlxalq aləmdə daha səmərəli fəaliyyət göstərmək istiqamətində ortaq media platforması və diaspor sferasında birgə, qarşılıqlı əlaqələrin genişləndirilməsinə zərurət yaranıb”.K.Nurullayeva bildirib ki, sənəddə hər iki ölkənin diasporları arasında ikitərəfli əməkdaşlığın bütün parametrlər üzrə inkişaf etdirilməsi, birgə media platforması əsasında ölkələrin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya, həmçinin diplomatiya istiqamətində ikitərəfli əlaqələrin genişləndirilməsi, strateji məsələlər üzrə birgə qərarların qəbul edilməsi və icra edilməsi, qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə həmrəyliyin təmin edilməsi əksini tapıb: “Şuşa bəyannaməsi çərçivəsində atılan addımlar bir daha göstərir ki, Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri region üçün sülh və sabitlik mənbəyidir”.

Ləman Sərraf

Digər xəbərlər