“Ulu Öndər Heydər Əliyev bugünkü Azərbaycan Parlamentinin banisidir. Ulu Öndərin böyük siyasətə qayıdışı bu binadan başlayıb”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası üzrə iyunun 14-də keçirilən iclasında deyib.S.Qafarova bildirib ki, Dahi Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın parçalanması və məhv olması fəlakətinin qarşısı alınıb.