Siyasət

  • 1 642

Macarıstan NATO-nun Ukrayna missiasına qatılmır - TƏHLİL

image

NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə başlayacaq NATO Müdafiə Nazirləri Toplantısı öncəsi Macarıstana səfər edib. 9-11 iyul tarixlərində ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək NATO sammiti barədə Baş nazir Orban ilə müzakirə edən Stoltenberq görüşdən sonra mətbuata açıqlama verib. Zirvə ilə bağlı gözləntiləri ilə barədə Stoltenberq deyib: "Müttəfiqlərin NATO-nun Ukraynaya təhlükəsizlik yardımı və təlimlərin koordinasiyasında aparıcı rol alması ilə bağlı razılığa gəlməsini gözləyirəm. Həmçinin, müttəfiqlərdən Ukraynaya hərbi dəstək vermək üçün uzunmüddətli maliyyə öhdəlikləri götürmələrini gözləyəcəyik" deyib.Macarıstanın bu mövzuda uzun müddətdir ifadə etdiyi mövqe ilə bağlı, Baş nazir Orban ilə razılığa gəldiklərini açıqlayan Stoltenberq davam edib: "Baş nazir Orban Macarıstanın, NATO-nun bu fəaliyyətlərində iştirak etməyəcəyini açıq şəkildə bildirib və mən, biz bu mövqeyi qəbul edirik. Bu gün Baş nazir və mən Macarıstanın, NATO-nun Ukraynaya dəstəyində iştirak etməyəcəyi barədə və digər prosedurlar barədə razılığa gəldik. NATO-nun fəaliyyətlərinə heç bir macar işçi cəlb edilməyəcək və onlara dəstək üçün heç bir Macarıstan vəsaiti istifadə edilməyəcək”.“Eyni zamanda, Baş nazir məni Macarıstanın bu əməliyyatlara qarşı çıxmayaraq NATO-nun bütün öhdəliklərini tam şəkildə yerinə yetirməyə davam edəcəyinə əmin etdi”. Beləliklə demək olar ki, tərəflər NATO-nun bölgədə aparıcı rol oynaması fikrində razılaşsalar da Macarıstanın bu prosesə cəlb edilməyəcəyi barədə qəti fikirə çatıblar.Jurnalist, “Macarıstanın xarici işlər naziri Peter Szijjarto, NATO-nun Ukraynaya uzunmüddətli yardım planını “çılğın missiya” kimi qiymətləndirib” fikrini xatırladıb və soruşub: “Bir NATO müttəfiqi bu cür sözlər işlətdiyi halda siz NATO-nun birliyini necə qoruya bilərsiniz?”. Stoltenberq isə suala belə cavab verib: "NATO müttəfiqləri kollektiv müdafiədə təhlükəsizlik zəmanətlərinin əsas öhdəliklərinə əməl etdikləri müddətdə NATO-nun missiya və ya əməliyyatlarında iştirak etmək məcburiyyətində deyillər.Orban həmçinin, "Ukraynadakı sülhə necə nail olunacağı məsələsində Macarıstanın, NATO üzvü olan ölkələrdən fərqli münasibəti var. Macarıstanın bu mövzudakı baxışı digərlərindən fərqlidir" deyib. Ölkəsinin NATO-nun qərarlarının qarşısını almaq niyyətində olmadığını açıq şəkildə ifadə etdiyini bildirən Orban, “Bugünkü iclasda Baş katibdən hərbi əməliyyatlarda iştirakın yalnız könüllü olmasının lazım olduğunu açıq şəkildə bildirməsini xahiş etdim” deyib. Orban, eyni zamanda "Macarıstan hökumətinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyi çox açıqdır. Biz uşaq deyilik. İllüziyaların arxasınca getməyə dəyməz. Bu çox çətin bir siyasi məsələdir" deyib.Stoltenberqdən təminat alıb-almadığı ilə bağlı suala Orban belə cavab verib: "Regiondan kənar hərbi əməliyyata gəlincə, biz iştirak etməyəcəyik. Macarıstan bunun üçün nə maliyyə vəsaiti, nə də personal təmin etməyəcək. Macarıstan ərazisindən hər hansısa hərbi müdaxilə üçün istifadə edilməyəcək. Biz bu barədə lazımi zəmanətləri almışıq" deyib.

Müəllif: Zərdüşt Quluzadə

Digər xəbərlər