Siyasət

  • 2 015

31 il əvvəl Azərbaycanın inkişafının sarsılmaz təməlləri qoyuldu - Fikrət Əliyev

image

“Müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılan və Milli Qurtuluş Günü kimi düşən 1993-cü il 15 iyundan bizi 31 illik zaman ayırır. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, ölkəmizin inkişafının sarsılmaz təməlləri qoyuldu”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının “UNİTY Company” ərazi partiya təşkilatının sədri Fikrət Əliyev deyib.O, qeyd edib ki, ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycan ciddi təhlükələrlə baş-başa qalmışdı: “Müstəqilliyini yenicə əldə etmiş Azərbaycan bu müstəqilliyi yenidən itirmək təhlükəsi ilə baş-başa qalmışdı. Siyasi gərginliklər, iqtisadi böhran, vətəndaş qarşıdurması və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən, Ermənistanın işğalçı siyasəti nəticəsində ard-arda əzəli torpaqlarını itirən Azərbaycan xalqı ciddi sınaq və tarixi seçim qarşısında idi. Məhz belə bir taleyüklü mərhələdə xalqımız çıxış yolunu zəngin dövlətçilik təcrübəsinə malik lider, dahi şəxsiyyət Heydər Əliyevin ətrafında sıx birləşməkdə gördü”.F.Əliyevin sözlərinə görə, həmin vaxt ümumxalq etimadının təzahürü kimi 91 nəfər ziyalının müraciətinə Ümummilli Liderin razılıq verməsi nəticəsində 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyası yaradıldı: “Beləliklə, YAP-ın yaradılması və Ulu Öndər Heydər Əliyevin partiyaya Sədr seçilməsi Azərbaycanın müasir müstəqillik tarixinin dönüş nöqtəsi oldu”.Qeyd edilib ki, 91 ziyalının müraciətinə müsbət cavab verərək, YAP-ın Sədri seçilən Ulu Öndər Heydər Əliyev bundan 7 ay sonra isə ümumilikdə ölkəni məhv olmaq təhlükəsindən xilas etdi: “Azərbaycan olduqca mürəkkəb vəziyyətlə qarşıya-qarşıya olarkən, 1993-cü ilin iyun hadisələri zamanı xalq üzünü Naxçıvana, Ulu Öndər Heydər Əliyevə tutdu. Azərbaycan xalqı Ulu Öndərə Azərbaycanın xilası naminə respublikaya rəhbərlik etməsi barədə qətiyyətli çağırış etdi. Heydər Əliyev də bundan öncə dəfələrlə olduğu kimi, öz həyatını belə riskə ataraq, böyük fədakarlıq və vətənpərvərlik nümunəsi ortaya qoyaraq tarixi-siyasi məsuliyyəti üzərinə götürdü. Beləliklə, 31 il bundan əvvəl, 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Məclisinin Sədri seçilməsi tariximizə Milli Qurtuluş Günü olaraq yazıldı”.F.Əliyev vurğulayıb ki, qısa zaman ərzində ölkədə sabitlik yaradan Heydər Əliyev eyni zamanda inkişaf və tərəqqi siyasətinin əsasını qoydu: “Məhz bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində 44 günlük Vətən savaşında tarixi Zəfər əldə etdik. Bu gün öz ərazi bütövlüyünü bərpa edən qalib Azərbaycan eyni zamanda qardaş Türkiyə ilə birlikdə türk dünyasının daha dərin inteqrasiyası üçün inamlı addımlar atır. Onu da deyim ki, Ulu Öndər Heydər Əliyevin “Bir millət iki dövlət” prinsipinə əsaslanan Türkiyə-Azərbaycan qardaşlığı 15 iyun 2021-ci ildə imzalanan Şuşa Bəyyanəməsi ilə yeni dövrünə qədəm qoydu. Hesab edirəm ki, Şuşa Bəyannaməsinin 3 il əvvəl, məhz Milli Qurtuluş Günündə imzalanması bütün dünyaya Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz olduğunu bir daha nümayiş etdirdi”.
SƏBİNƏ

Digər xəbərlər