Siyasət

  • 731

Ağcabədidə Milli Qurtuluş Günü qeyd olunub TƏDBİR

image

Ağcabədi rayon İcra Hakimiyyəti və YAP Ağcabədi rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib. Öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb. YAP Ağcabədi rayon təşkilatının akt zalında keçirilən konfransda rayon icra hakimiyyətinin, YAP Ağcabədi rayon təşkilatının məsul əməkdaşları, partiya veteranları, müxtəlif idarə, müəssisə və təşkilatların rəhbərləri, media nümayəndələri iştirak ediblər.

Konfransı rayon İcra Hakimiyyəti başçısının müavini - Humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova açıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ulu öndərin fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirildikdən sonra çıxış edən Vüsalə Məmmədova qeyd edib ki, Müasir Azərbaycan dövlətçiliyi tarixinin başlanğıcı sayılan Milli Qurtuluş Günü çağdaş tariximizin qızıl hərflərlə yazılmış ən şanlı səhifələrindən biridir. Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq fəaliyyətinə başladığı 15 iyun tarixində müstəqil Azərbaycan dövlətinin və xalqının həyatında tamamilə yeni bir dövrə qədəm qoyuldu.

Daha sonra YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov məruzə ilə çıxış edərək, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra zəngin dövlətçilik təcrübəsindən və ümummilli maraqlara əsaslanaraq ölkəmizi siyasi böhrandan xilas etməsindən söz açıb.

Bundan sonra məruzə ətrafında çıxışlar edilib. "Aran" qəzetinin redaktoru Məhsəti Musa, YAP Ağcabədi rayon təşkilatının veteranı Yasin Cəfərov, ADPU-nun Ağcabədi filialının baş müəllimi Qərənfil Rzayeva, Ağcabədi Peşə Məktəbinin direktoru Fərrux Rəhimli çıxış edərək, Ulu öndər Heydər Əliyevin 15 İyun 1993-cü ildə siyasi hakimiyyətə qayıdışının Azərbaycan tarixindəki xüsusi əhəmiyyətindən danışıb, tədbir iştirakçılarını bu gün münasibətilə təbrik ediblər.

Digər xəbərlər