Siyasət

  • 1 268

“Azərbaycan silahlı qüvvələri XXI əsrin tək qalib ordusudur“ - ŞƏRH EDİLDİ

image

“1993-cü ildən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında yenidən qurulan Azərbaycan ordusu şərəfli döyüş yolu keçib. Horadiz əməliyyatlarından başlayaraq bu günə qədər Azərbaycan ordusu bir dəfə də olsun düşmən qarşısında geri addım atmamış, baş verən toqquşmalarda, Vətən müharibəsində, sərhəd döyüşləri və anti-terror tədbirlərində qəhrəman Azərbaycanın qəhrəman silahlı qüvvələri təhlükəsizliyimizin təmin olunması, qələbə əldə edilməsi və Ermənistanın silahlı qüvvələrinin darmadağın edilməsində müstəsna rol oynayıb”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Ə.Verdiyev bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində və ondan sonrakı dövrdə əldə etdiyimiz qələbə, bu gün Azərbaycanın bütün ərazilərinin işğaldan azad olunması və suverenliyimizin bərpa edilməsi ilə nəticələnib: “Müharibənin başa çatmasına baxmayaraq, bu gün də dövlətimiz əldə olunan qələbələrin qorunması üçün kifayət qədər geniş şəkildə islahatlar həyata keçirir. Ordumuzun döyüş qabiliyyətinin, texniki təchizatının artırılması üçün addımlar atılır. Hazırda idarəetmə məntəqələri avtomatlaşdırılır, həmçinin qoşunlarımızın manevr qabiliyyətini artırmaq üçün texniki vasitələrlə təchizatı daha üstün səviyyəyə gətirilib.Ali Baş Komandan İlham Əliyev tərəfindən dövlətimizin müdafiə və təhlükəsizlik məsələləri daim prioritet olaraq saxlanılır, məhz keçən ayın 24-də bu sahə üçün nəzərdə tutulan xərclər 11 faiz, yəni 705 milyon manat artırılaraq 7 milyard 126 milyon manata çatdırılıb. Bu artımlar təbii ki, Azərbaycanın təhlükəsizliyinə və müdafiəsinə öz töhfəsini verəcək. Türk ordu modelinə keçid isə daha da sürətlənəcək. Digər tərəfdən bu gün ərazidə baş verən proseslər, o cümlədən 30 il torpaqlarımızı işğal altında saxlayan Ermənistanın yenidən silahlanmasına qarşı zəruri addımların atılması mümkün olacaq. İstənilən halda bu gün Azərbaycan regionun lider dövlətidir. Artıq biz regional gücdən orta güc səviyyəsinə keçid etmişik. Digər tərəfdən isə Azərbaycan silahlı qüvvələri XXI əsrin tək qalib ordusudur. Hər bir Azərbaycan vətəndaşı öz silahlı qüvvələri ilə fəxr edir”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər