Siyasət

  • 895

Cəmil Həsənli indi də milli musiqimizi təhqir edir ANALİZ

image

İnsan ki danışanda nala-mıxa vurdu, sərsəm fikirlər səsləndirdi, deməli, həmin şəxs yetişib. Sayıqlamalarını ahıl yaşında siyasət xatirinə edirsə, bu, lap pis, vay belələrinin halına. O fikirdən uzağam ki, siyasət meydanında sərsəm ifadələr səsləndirənləri asmaq və ya kəsmək lazımdır, ən azı 5-10 sutkalıq “istirahəti” də arzu etmirəm. “Hənək-hənək axırda dəyənək” məsələsinin icra edilməsinə də qarşıyam. Sadəcə, “siyasətdəyəm, nə istəsəm danışa bilərəm” deyib, ləyaqətli və şərafətli insanları hədəf seçmək, sifarişli fikirlər səsləndirmək, dövlətçilik və milli maraqlar əleyhinə ittihamlar irəli sürmək yolverilməzdir. Bu məsələdə vicdan senzurası olmalıdır. Hər bir siyasi arenada vaxt keçirən “siyasətçi” yaşından və başından utanmalı, abır və həyasına sığınmalıdır. Təəssüflər olsun ki, məqbul hesab edilən tələblər əksər hallarda nəzərə alınmır. Azərbaycanın bugünkü siyasi arenasında elə şəxslər var ki, danışanda danışığına, yazanda yazısına fikir vermir, nə gəldi deyir və yazır. Bu da nəticədə haqlı ictimai qınağa gətirib çıxarır. Yenə də görünən ondan ibarətdir ki, ictimai qınaq da “siyasətçi”yə dərs olmur. Dəfələrlə AXCP sədri Əli Kərimli, Milli Şuranın rəhbəri Cəmil Həsənli, Müsavatın təzə kostyumlu təkrar başqanı İsa Qəmbər və digərləri ictimai qınaq obyekti olmalarına baxmayaraq fəaliyyətlərində dönüş yaranmayıb. Yəni, toy mağaralarındakı zurnaçı kimi hədyanlarını və qarayaxmalarını püskürüblər. Fikir verin, Milli Şuranın rəhbəri Cəmil Həsənli az qala 80 yaşı haqlayıb, ancaq 4-5 yaşında olan uşaq ağılı ilə danışır. Hərdən də xaricdəki antimilli ünsürlər kimi xalqımızın maraqlarına zidd hədyanlar səsləndir.

Cəmil Həsənli 10 il ərzində 59 dəfə xaricə səfər edib

Milli Şuranı yaradıb Cəmil Həsənlini onun sədri təyin etdikdən sonra bu məxluq yeniliklərə ilkin olaraq bığını qırxıb özünü abırsız formaya salmaqla başladı. Daha sonra kostyumdan imtina edib, üzərində bir neçə rəngin həkk olunduğu cins şalvarda mitinqlər də hay-küy saldı. Bununla da kifayətlənməyib, Böyük Britaniyada və ABŞ-da olarkən açıqlamalar verdi ki, o ikili vətəndaş almaq üçün Azərbaycanın və Böyük Britaniyanın hökumət orqanlarına müraciət edib. Məqsədinin və niyyətinin nədən ibarət olmasını araşdırmadan onu qeyd etmək olar ki, bu məxluqun tez-tez ABŞ-a və Avropaya səfərlər etməsi şübhəli suallar yaradır. Hesablamaya görə, C.Həsənli 2013--2023-cü illər ərzində 59 dəfə ABŞ-a və Avropaya səfərlər edib. Yenə də sual yaranır, hansı vəsait hesabına bu səfərlər reallaşıb? Digər sual isə ondan ibarətdir ki, C.Həsənli müxtəlif qaranlıq fondların və mərkəzlərin əməkdaşları ilə görüşlərində nələrdən danışıb, ümumiyyətlə, onlarla görüşlər nə dərəcə ehtiyac duyulub? Təbii ki, bu tip əsaslı suallara C.Həsənli cavab verməyəcək. Çünki üzərinə öhdəlik götürüb. Lakin şübhə edilmir ki, bu cür müəmmalı səfərlər və gizli görüşlərin əsas məğzini yeni təlimatların alınması və bu təlimatların yerinə yetirilməsi qarşılığında qrantların ayrılması məsələlərinin müzakirə edilməsidir. Təlimatların fərqli olduğu şübhəsidir.

Cəmil Həsənli indi də musiqimizi hədəf alır

Son günlər musiqimizin hədəf seçilməsi C.Həsənlinin yeni təlimatla yükləndiyindən xəbər verir. Bu məxluq iddia edir ki, guya ekranlarda milli musiqimizin gözdən salınması, aşağılanması, təhqir edilməsi baş verir. Həm də iddia edir ki, bir vaxtlar çadır toyxanalarında oxunan ara mahnıları ekranlarda baş alıb gedir. Milli Şuranın sədri televiziya rəhbərlərini və aparıcıları da təhqir etməkdən, onlara qarşı ittihamlar irəli sürməkdən çəkinmir. Ümumiyyətlə, C.Həsənli paylaşdığı statusunu başdan ayağa qədər təhqir və ittihamlar üzərində yazıb. Bu da onu təsdiq edir ki, 80 yaşını haqlamaqda olan “siyasətçi” özünün deyil, başqalarının sözünü deyir. Birincisi, televiziya ekranlarında müxtəlif verilişlərin və reportajların olması təbiidir. Çünki ekran qarşısında oturanlar müxtəlif zövqlü və duyumlu tamaşaçılardır. Yalnız bir janrda musiqinin səslənməsi və ifadə olunması digər fərqli zövqli insanların televiziya ekranlarının qarşısında uzaqlaşması demək olar. Elə mənlik olsa, yalnız televiziya ekranlarında Alim Qasımovun, Elnarə Abdullayevanın, Mələkxanın Əyyubovanın, Zabir Nəbizadənin, Abgül Mirzəliyevin, Mirələm Mirələmovun muğamlarının və mahnılarının səslənməsini istərdim. Nədən ki, mən bu musiqinin sədaları ilə böyümüşəm və başqa janrları heç xoşlamıram. Lakin bu, o demək deyil ki, digər milyonlarla tamaşaçının musiqi dinləmək zövqünə qarşı çıxım. Hər kəsin musiqi seçimində azaddır. Bunu C.Həsənli bilmirsə, onu milli musiqimizi hədəf seçməyə təhrik edənlərdən soruşub, öyrənə bilər. Digər tərəfdən musiqi hara, C.Həsənli hara? C.Həsənli siyasətdən dəm vurursa, deməli, özünü hələ də siyasətçi hesab edir. İxtisası da uyğun gəlmir. Yəni özünü tarixçi kimi təqdim edir. Musiqi ilə bağlı nə savadı, nə də məlumatı yoxdur. Bu baxımdan sübuta yetirilir ki, C.Həsənli danışdıqca özünü daha çox batırır. Dilləndikcə özünü bir qədər də rüsvay edir. Ona görə də, bu yaşında danışmasa onun üçün daha faydalı olardı.

İLHAM ƏLİYEV

Digər xəbərlər