“Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Milli Məclisin yeni tərkibdə təsis edilməsinin məqsədəuyğunluğu hamıya aydındır”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.S.Qafarova vurğulayıb ki, Milli Məclisin yeni çağırışının tam formalaşdırılması ölkəmiz üçün böyük əhəmiyyətli tədbirlər zamanı parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadəyə şərait yaradacaq. Digər tərəfdən beynəlxalq tədbirlərə hazırlıq işlərinin görülməsi, həmin tədbirlərin keçirilməsi ilə əlaqədar infrastruktur, nəqliyyat, eləcə də təhlükəsizlik və digər sahələrdə müəyyən məhdudiyyətlərin tətbiqi qaçılmazdır. Bu baxımdan parlament seçkilərinin demokratik prinsiplərə uyğun şəkildə təşkil olunması, vətəndaşların seçkiqabağı kütləvi tədbirlərdə və seçkilərdə maneəsiz iştirakı dövlətin əsas vəzifələrindən biridir.