Siyasət

  • 1 378

"Seçkilərin vaxtının irəli çəkilməsi..." - Soltan Məmmədov

image

Azərbaycan son illərdə öz tarixinin ən möhtəşəm dövrlərindən birini yaşayır. 2020-ci ildə Vətən müharibəsində əldə etdiyimiz zəfər və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirlərinin nəticələri xalqımızın tarixində yeni bir səhifə açmışdır. Dövlətimizin artan gücü və beynəlxalq aləmdə yüksələn nüfuzu bizə olan etimadın daha da dərinləşməsinə səbəb olmuşdur. SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Soltan Məmmədov parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.

O bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi barədə ötən ilin dekabrında qəbul edilmiş qərar məhz Azərbaycana beynəlxalq ictimaiyyətin yüksək etimadının daha bir göstəricisi idi. Respublikamız bu ilin noyabrında COP29-la yanaşı Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası kimi mötəbər beynəlxalq tədbirlərə də evsahibliyi edəcək. Qlobal problemlərin müzakirə olunacağı bu mötəbər tədbirlər hazırlıq kifayət qədər vaxt və enerji tələb edir.“Təbii ki, bir çox yüksək səviyyəli beynəlxalq forumları, idman yarışlarını və digər tədbirləri ən yaxşı şəkildə təşkil etmək təcrübəsinə malik olan ölkəmizin bu dəfə də üzərinə götürdüyü missiyanı uğurla yerinə yetirəcəyi şübhəsizdir. Bununla yanaşı, onu da nəzərə almalıyıq ki, belə qlobal əhəmiyyətli beynəlxalq tədbirlərlə eyni vaxtda seçki kampaniyasının təşkili kifayət qədər çətin prosesdir. Ona görə də hesab edirəm ki, Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların növbədənkənar seçkilərin təyin olunması barədə təşəbbüsü mövcud reallıqları nəzərə alan, ölkəmizin qarşısında duran vəzifələrin miqyasını düzgün qiymətləndirən yanaşmanın ifadəsidir”, - deyə Milli Məclisin deputatı vurğulayıb.S.Məmmədov deyib ki, seçkilərin vaxtının irəli çəkilməsi COP29-un təşkili ilə bağlı bütün məsələlərin uğurla həll edilməsinə imkan verəcək, eyni zamanda, belə bir yüksək səviyyəli tədbir zamanı parlamentin tam gücü ilə fəaliyyət göstərməsinə şərait yaradacaq. “Bildiyiniz kimi, COP29 sessiyası çərçivəsində Parlament Konfransının təşkili nəzərdə tutulur. Bu barədə Milli Məclislə Parlamentlərarası İttifaq arasında Anlaşma Memorandumu imzalanıb. Parlament iclası COP29-un ən mühüm tədbirlərindən biridir və bu iclasa hazırlıq üçün Milli Məclisdə deputatlardan ibarət işçi qrupları yaradılmalıdır. Bundan başqa, Parlament konfransının yekun sənədinin hazırlanması da uzun və çətin bir prosesdir. Ona görə də Azərbaycan Milli Məclisinin yeni tərkibinin COP29 sessiyasına qədər formalaşması çox mühüm əhəmiyyət kəsb edir”, - deyə o əlavə edib.

Digər xəbərlər