Siyasət

  • 1 465

"Ordumuz regionda sabitliyi qorumaq üçün çalışır” - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

image

“Azərbaycan ordusu ölkə daxilində gedən proseslər, hakimiyyət davası, cəbhədə düşmən tərəfindən torpaqlarımızın işğalı kimi çox çətin bir dövrdə formalaşmağa başladı. Ümummilli Lider Heydər Əliyevin qayıdışından sonra, yəni 1993-cü ildən etibarən Azərbaycan ordusunun məqsədyönlü formalaşma konsepsiyası yaradıldı və inkişaf etdirildi. Azərbaycan ordusu bunun nəticəsində və Ulu Öndərin rəhbərliyi altında həm düşmənin işğalı genişləndirməsinin qarşısını aldı, həm də düşməni Bişkek protokolu ilə atəşkəs rejiminə keçməsi ilə bağlı razılığa qol çəkməyə məcbur etdi. Atəşkəs dövründə ordumuz daha da inkişaf etdi. Ulu Öndər həm ordunu formalaşdırdı, həm də uzaqgörən siyasəti ilə Azərbaycan Silahlı Qüvvələrini inkişaf etdirmək üçün Ali Baş Komandan İlham Əliyevi yetişdirərək ordu quruculuğu sükanını xalqın dəstəyi ilə ona həvalə etdi. Artıq Ümummilli Liderin prinsiplərini inkişaf etdirən, ordunun formalaşmasını müasir prinsiplərə söykənərək həyata keçirən Ali Baş Komandan tərəfindən ordumuz daha da gücləndirildi”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib. O bildirib ki, Azərbaycan ordusu uzun inkişaf yolu keçərək, qələbə qazanmış orduya çevrildi: “Əlbəttə Ulu Öndərin uzaqgörənliyi nəticəsində hələ Sovet dövründə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması xüsusi olaraq vurğulanmalıdır. Bunun nəticəsi olaraq Azərbaycanın müstəqilliyini qorumaq üçün gənclərin hərbi biliyə yiyələnməsi prosesi həyata keçirildi.Cənab İlham Əliyev Ali Baş Komandan olaraq Azərbaycan ordusunu müasir silahlarla təmin edərək ordumuzun müasir tələblərə uyğun şəkildə inkişafını təmin etdi. Müasir ordunun inkişafı intellektual cəhətdən inkişaf etmiş, bacarıqlı, savadlı kadrların yetişdirilməsini də zəruri edirdi. Hansı ki, bu gün ordumuzda rəqəmsal bacarıqlara malik kifayət qədər kadrlar var.Ali Baş Komandanın təsdiq etdiyi irimiqyaslı təlimlərin keçirilməsi də ordunun inkişafında mühüm rol oynadı. Bu təlimlər gələcək döyüşlərin ssenarisinə uyğun aparılırdı və təlim zamanı müasir silahların tətbiqi, öyrənilməsi inkişaf etdirilirdi. Buna görə də ikinci Qarabağ döyüşündə rəşadətli Azərbaycan ordusu müasir yanaşma və silahların tətbiqi ilə 44 gün ərzində işğalçı qüvvələri darmadağın edərək, ərazi bütövlüyünü bərpa etməyə nail oldu. Təbii ki, qələbə əldə etməyimizdə gənclərimizin vətənpərvər ruhda böyüməsi mühüm rol oynayır.
Azərbaycan ordusunda aparılan islahatlar ordumuzu daha da inkişaf etdirir. Bu gün statistik qiymətləndirməyə görə, Azərbaycan ordusu ən güclü ordular sırasında 56-cı yeri tutur. Ermənistan ordusu isə bu sıralamada Azərbaycan ordusundan iki dəfə geridə qalır. Azərbaycan ordusu hər hansı bir işğal niyəti ilə inkişaf etdirilən ordu deyil. Əksinə ordumuz regionda sabitliyi və dövlətimizin ərazi bütövlüyünü qorumaq üçün çalışır”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər