Siyasət

  • 3 028

Zəfərimizin qarantı olan tarixi gün! ŞƏRH

image

Tariximizin şərəfli, qürurverici səhifəsi olan 26 iyun 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bu korpusun yaradılması hərbi quruculuq istiqamətində mühüm addım idi. 1920-ci il 28 aprel tarixində Sovet İmperiyasının hücumu nəticəsində Cumhuriyyət süqut etdi və ordu quruculuq istiqamətində gedən prosseslərdə müstəqil islahatlar həyata keçirmək imkanları olmadı.

Ordu quruculuğunda yeni mərhələ Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə yenidən dirçəlməyə başladı. Azərbaycanda yüksək səviyyəli hərbi kadrların yetişdirilməsi və hazırlanması üçün Ulu Öndərin Sərəncamı ilə görkəmli sərkərdəmiz Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı. Ulu öndər Heydər Əliyevin təkidi ilə Azərbaycan gənclərinin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik Məktəbinə daxil olmaları, təhsil almaları üçün şərait yarandı. 1993-cü ildə xalqın təkidi və istəyi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev hərbi quruculuğun inkişafı və tərəqqisi istiqamətində addımlar atmağa başladı ki, ilk olaraq 22 may 1998-ci il tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü kimi qeyd olunmağa başladı. Az sonra 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzaladı. Bu illər ərzində Ulu Öndər Heydər Əliyevin yolunu davam etdirən Prezindent Ali Baş Komandan cənab İlham Əliyev ordu quruculuğumuzun yüksəlməsi və inkişaf məsələsini daim nəzarətində saxlamaqla Ermənistanın işğalçı siyasətini dünyaya tanıtmaq yolunda uğurlu diplomatik işlər görmüşdür, Xalqını ideoloji, mənəvi birliyinin sarsılmaz nümunəsinin yaradılması, məhz uğurlu siyasi varis kimi Prezident cənab İlham Əliyev dühasının tarixi nəaliyyətidir. Vətənimizin hərb tarixinə qızıl hərflərlə yazdığımız Zəfər tariximizin başlanması günü hər bir azərbaycanlının qəlbində qələbə coşqusu yaratmışdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatına başlanması haqqında Fərman imzaladı. 44 günlük Vətən Müharibəsində Müzəffər ordumuz düşmən üzərində şanlı qələbə çaldı və hərb tariximizə qızıl hərflərlə yazılan Qələbəni xalqımıza yaşatdı. Ali Baş Komandanımızın başçılığı və ordumuzun sücayəti ilə torpaqlarımız işğaldan azad olundu. Bütün dünya Müzəffər ordumuzun şanlı qələbəsinə şahidlik etdi. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Ağdam, Laçın və nəhayət Xankəndi düşmən tapdağından azad edildi. Azad olunmuş torpaqlarımızda şanlı üç rəngli Azərbaycan bayrağını sancan əsgərimizin gözündəki qürur hissi xalqımızın iftixar hissinə çevrildi. Ordumuzun yenilməz gücü sayəsində düşmən utancverici kapitulyasiya aktını imzalamağa məcbur oldu. Ali Baş Komandan tarixi ədalətsizliyi bərpa etdi və dəmir yumruğun gücünü dünyaya nümayışkəranə şəkildə göstərdi. Bütün bu yenilməzliyin memarı məhz dahi siyasi xadim Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətləri idi. Onun sayəsində yaradılmış Azərbaycan Ordusunun qayəsi və məramı güclü Azərbaycanın qarantı oldu.

Azərbaycan silahlı qüvvələrinin bütün əsgər və zabit heyətini ürəkdən təbrik edirəm. Xidmətinizdə uğurla arzulayıram.

Yaşasın Ali baş Komandan!

Yaşasın müstəqil Azərbaycan!

Yaşasın Müzəffər ordumuz!

Leyla Həmidova

YAP Yasamal rayon “H.Cavid pr.115” (AMEA Fəlsəfə və Sosiologiya İnstitutu) ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər