PDF Oxu

Siyasət

  • 2 067

Silahlı Qüvvələrimiz qürur mənbəyimizdir ŞƏRH

Silahlı Qüvvələrimiz qürur mənbəyimizdir ŞƏRH

“Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır”

Ulu Öndər Heydər Əliyev

Azərbaycan əlverişli və strateji coğrafi-siyasi mövqeyidə yerləir. Buna görə də minilliklər boyu daima güclü dövlətlərin təzyiqlərinə, hərbi təcavüzünə məruz qalıb və həmişə də öz azadlığı və dövlətçiliyi uğrunda mübarizə aparıb. Sonda öz mövcudluğunu qoruyub saxlaya bilib.Milli Ordunun yaranması Azərbaycan Xalq Cümhuriyyətinin dövrünə təsadüf edir. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ordu quruculuğu sahəsində mühüm addımlar atmışdır.Çar dövründə azərbaycanlıları hərbi xidmətə çağırmırdılar. Səbəb də açıq aydın məlum idi - azərbaycanlıların hərbi elmə yiyələnə bilməməsi. Nə çar dövründə nə də Sovet hakimiyyəti dövründə hərbi xidmətdə azərbaycanlılara yer yox idi. Çar dövründən fərqli olaraq Sovet dövründə azərbaycanlıları hərbi xidmətə tikinti batalyonlarda xidmət etmək üçün çağırırdılar. Məqsəd yenə də azərbaycanlıların hərbi elmə yiyələnə bilməməsi olsun. Bu siyasəti Heydər Əliyev yaxşı anlayırdı. Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdə ordu quruculuğuna xüsusi diqqət ayırır. Heydər Əliyev yaxşı bilirdi ki, bir dövlətin yaşaması üçün onun güclü iqtisadiyyatı, təhsili və ordusu olmalıdır, bütün sahələrdə savadlı kadrlar olmalıdır. 1971-ci il iyunun 20 –də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil edir. Diviziya komandiri C.Naxçıvanski adına Hərbi Lisey cənab Heydər Əliyevin təşəbbüsü Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılmışdır. 24 noyabr 1997-ci il tarixdə Heydər Əliyevin sərəncamı ilə məktəbin adı dəyişdirilərək C. Naxçıvanski adına Hərbi Lisey adlandırılmışdır. Heydər Əliyev azərbaycanlı gənclərin SSR-in hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olmasına nail olur. Həmçinin gənclərimiz Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə də qəbul olmuşdular. Elə o dövrdə hərbi hazırlığı keçən hərbiçilərimiz Birinci Qarabağ Müharibəsində sücaət göstərmişdilər. C. Naxçıvanski adına Hərbi Lisey yetirmələri vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə olmuşlar. Sovet hakimiyyəti dövründə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Komitəsinin özündə də azərbaycanlı kadrları yox idi. Heydər Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Komitəsinə rəhbər gələndən sonra komitədə milli kadrların sayı artmağa başladı. Heydər Əliyev Azərbaycanın ən agır vəziyyətində rəhbərliyə gəlmiş və ölkəni bu vəziyyətdən xilas etmişdir.

Heydər Əliyev 20 fevral 1999-cu il tarixli fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası yaradılır. Məqsəd Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün ali hərbi təhsilli komandir, hərbi-elmi işçilərin hazırlanmasını, onların ixtisasının artırılmasını, dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərə respublikanın müdafiəsi ilə əlaqədar hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsidir.

İkinci dəfə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra da milli ordunun yaranması ən vacıb məsələyə çevrilmişdir. 1991-ci ildə Müdafiə Nazirliyinin yaranması barədə qərar qəbul edilməsinə baxmayaraq ordu quruculuğuna yalnız 1993-cü ildə başlamaq mümkün olub və silahlı qüvvələr dövlətin tam nəzarətinə keçir. Qisa müddətdə, 1994 –cü ilin ilk aylarında cəbhə boyu irimiqyaslı hücum əməliyyatları başlanır. Azərbaycan əsgərlərin qəhramanlığını görən düşmən atəşkəsə razılıq verir. Heydər Əliyev 1999-cu ilin yanvarın 20-də Hərbi Akademiya yaradılması barədə fərman imzalayır. O zaman Azərbaycan nizami orduya malik deyildir. Buna görə də Qarabağda gedən döyüşlərdə vəziyyəti nəzarətə almaq çətin idi. Peşəkar ordu quruculuğunun əsası 1993-cü ildə qoyuldu və ordu quruculuğuna elmi prinsiplə yanaşıldı, orduda siyasiləşməyə son qoyuldu. 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə 9 oktyabr Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. 22 may 1998-ci il tarixli Heydər Əliyevin Fərmanına əsasən 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Hər ildə bu gün ölkəmizin hər yerində qeyd edilir. Azərbaycan Milli ordusu bu gün Qafqazda ən müasir ordu hesab edilir. Azərbaycanın Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlardan ibarətdir. Bu gün ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün bütün imkanlardan istifadə olunur. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Milli Ordumuz bugünkü qələbəmizin təminatçısıdır.

1995-ci ildə Heydər Əliyevin göstərişi və tövsiyəsi ilə məharət qabiliyyətli və xüsusi bacarığı olan hərbi biliyə yiyələnmək istəyən vətənpərvər gənclərin sərhəd qoşunlarında kadrların hazırlanması məqsədi ilə xüsusi kurslar açıldı. Həmin kursların müdavimləri uğurla öz peşə bacarıqlarını və xüsusi ixtisaslarını təkmiləşdirərək sərhəd qoşunların inkişafında dəniz və quru sərhədlərini, habelə hava sərhədlərinin qorunmasında, etibarlı mühafisəsində fasiləsiz olaraq həyata keçirmişlər. Bu illər ərzində sərhəd qoşunları qarşısında duran mühüm tapşırıqların yerinə yetirilməsində bir sıra uğurlu nəticələr və naliyyətlər əldə olunmuşdur. Sərhəd qoşunların yaranmasında Ulu öndərin, Respublikanın dahi memarı, ideaları ölməz, bəşəri prinsiplərlə xalqına dəyərli olan ulu öndər Heydər Əliyevin rolu əvəzsizdir.

Uğurlu hərbi əməliyyatlar nəticəsində müzəffər Ordumuz Vətən torpaqlarımızı işğaldan azad etdi. Ön cəbhədə əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız bir yumruq kimi birlik nümayiş etdirərək düşmənə zərbələr endirmişdir. 2020-ci ildə 44 günlük müharibə, 2023-cü ildə 23 saat 43 dəqiqəlik lokal Antiterror əməliyyatı bütün dünyaya səs saldı və Azərbaycanın necə dövlət olduğunu, Azərbaycanın necə ordusu olduğunu, Azərbaycanın necə Ali Baş Komandanın olduğunu göstərdi. İstər hərb meydanı olsun istər siyyasət meydanı haqq-ədalət həmişə qalib gəlir. Və Azərbaycan qalib gəldi. Və həmişə də qalib olacaq, zirvələrdə olacaq. Çünki Azərbaycanın İlham Əliyev kimi Ali Baş Komandanı var, Prezidenti var, Heydər Əliyev kimi dahisi var. Azərbaycanın addımladığı yol Heydər Əliyev yoludur, İlham Əliyev yoludur.

Yaşasın Milli Ordumuz! Yaşasın Azərbaycan xalqı!

Şəhla Xəlilova

YAP Yasamal rayonu “H.Cavid pr.131” (Elm və Təhsil Nazirliyi Fizika İnstitutu) ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər