PDF Oxu

Siyasət

  • 2 463

Qalib Xalq, Qətiyyətli Sərkərdə, Müzəffər Ordu ŞƏRH

Qalib Xalq, Qətiyyətli Sərkərdə, Müzəffər Ordu ŞƏRH

Bu günlərdə xalqımız böyük qürur hissi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 106 illiyini qeyd etməyə hazırlaşır. Ötən il iyunun 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissəyə Döyüş bayrağını təqdim etmə mərasimində çıxışı zamanı dediyi kimi: "Azərbaycan Ordusu yüksək mənəvi xüsusiyyətlərə malikdir, Ali Baş Komandanın əmrlərini tam icra edir və icra edəcək. Ona görə bizi qisasçılıqda ittiham edənlər qoy gedib güzgüyə baxsınlar. Biz qisas yox, ədalət tələb edirik. Biz tələb edirik ki, haqq-ədalət qorunsun". Bəli, bu qeyd edəcəyimiz Silahlı Qüvvələrinin yaranmasının 106 illiyinin ulu öndər Heydər Əliyevin anadan olmasının 101 illik yubiley ilinə təsadüf edən bu tarixi günün möhtəşəm uğurlarla qarşılanmasının gerçəkliyi budur. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət, diplomatik siyasətinin reallığıdır. İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissəyə Döyüş bayrağını təqdim etmə mərasimində çıxışı zamanı dediyi kimi: "Biz bu gün Silahlı Qüvvələrimizi vahid proqram əsasında inkişaf etdiririk və əminəm ki, yaxın gələcəkdə bizim Ordumuz yeni, yüksək səviyyəyə qalxacaqdır. Mən bunu artıq demişəm, bir daha demək istəyirəm, bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür". Bəli, məhz ordumuzun vahid proqram əsasında inkişafı, əsgər və zabitlərimizin peşəkarlığının nəticəsidir ki, 2020-ci il sentyabrın 27-dən başlanan, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə mümkünsüzü mümkün edən, tarixi Qələbə ilə başa çatan Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin hansı gücə qadir olduğunu bir daha dünyaya göstərdi. Qürurverici haldır ki, müharibədə əsgərlərimiz mərdliklə, böyük ruh yüksəkliyi ilə döyüşdü. Bu döyüşlər ordu ilə xalqın birliyinin sarsılmazlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Düşmənlə yanaşı, bütün dünya gördü ki, xalqımız öz ordusuna inanır, ordumuz isə xalqa arxalanır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu. Bölgəmizdə yeni reallıq yarandı. Bu reallığı dövlət-xalq-ordu birliyi yaratdı. Azərbaycan yaratdı bu reallığı. 27 ildir icra olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirildi. İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissəyə Döyüş bayrağını təqdim etmə mərasimində çıxışı zamanı demişdir: «Görürük ki, vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan rəhbərləri indi mənim sözlərimi təkrarlayırlar: “Qarabağ Azərbaycandır!». Bəli, bütün bunlar Prezident, Ali Baş Komandan İlham Əliyev cənablarının qətiyyətli siyasəti nəticəsində son iki il yarım ərzində apardığı uğurlu siyasətinin nəticəsidir. Bu, danışıqlar hesabına yox! Güc hesabına, qüdrət hesabına, Azərbaycan Ordusunun Zəfəri hesabına! Qalib Sərkərdənin uğurlu diplomətiyası hesabına! Məhz bu gün qalib lider Prezident İlham Əliyevin irəli sürdüyü şərtlər qəbul edilir. Belə olan halda Ermənistan ağıllarını başlarına yığıb bilməlidirlər ki, Azərbaycan indiyə kimi nəyi diktə edibsə, o icra edilib, öhdəliklərdən qaçmaq mümkün deyil. Şərtlərə əməl etmək lazımdır və həmin şərtlərə əməl etməsə, bu, ona və Ermənistana gələcəkdə çox baha başa gələ bilər. Daha dəqiq desək, "Dəmir Yumruğ"un növbəti zərbəsi ilə qarşılaşacaqlar. Bəli, Ermənistan və onun arxasında dayanan xarici qohumları bir daha unutmamalıdırlar ki, 30 il ərzində ən qüdrətli dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların tənzimləyə bilmədikləri Ermənistan-Azərbaycan münaqişəsini Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz cəmi 44 gün ərzində həll etdi. Ona görə də makronkimilərin vasitəçiliyinə ehtiyacımız yoxdur Çünki Fransa Ermənistanın mövqeyini müdafiə etdiyinə görə vasitəçilik şansını çoxdan itirib. Belə olan halda Fransa parlamentinin qətnamələri Azərbaycan üçün kağız parçasından başqa bir şey deyil. Və bu gün havadarlarına arxalanaraq ölkəmizi təxribatlara çəkib növbəti müharibə ilə “hədələyən” revanşistlər anlamırlar ki, artıq Azərbaycan bütün gedişlərini kökündən dəyişib və bölgədə baş verən istənilən hadisəyə diqqət yetirir, hər şeyə nəzarət edir. İndi diktəni edən Qalib ölkə Qalib Lideri Prezident İlham Əliyevdir və Onun dediyi söz imzası qədər keçərlidir. Beləliklə, Azərbaycan bölgədə davamlı sülh və sabitliyin yaranması üçün təkcə təşəbbüslə çıxış etmir, eyni zamanda, bu məsələdə öz əməli töhfəsini verir. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət, diplomatik siyasətinin reallığıdır.

Zərifə Quliyeva,

YAP Veteranlar Şurasının üzvü,

Modern İnkişaf və Ailə İctimai Birliyinin sədri

Digər xəbərlər