PDF Oxu

Siyasət

  • 2 058

Ümummilli Lider Heydər Əliyevin əzmi ilə formalaşan qalib Azərbaycan Ordusu ŞƏRH

Ümummilli Lider Heydər Əliyevin əzmi ilə formalaşan qalib Azərbaycan Ordusu ŞƏRH

Dövlətçilik tarixinin ən mühüm tərkib hissələrindən biri sarsılmaz Ordunun mövcud olmasıdır. Məlumdur ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə - əlahiddə Azərbaycan korpusu yaradılmış, lakin təəssüflər olsun ki, 1920-ci ilin aprel işğalından sonra bolşevik hökuməti Milli Ordunu ləğv etmişdi.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ölkəmizdə bu sahədə yaranmış tənəzzül, Ulu Öndərin birinci dəfə hakimiyyətə gəlişindən sonra aradan qaldırıldı. Sözsüz ki, Ümummilli Liderin zəngin və çoxşaxəli fəaliyyətinin prioritet istiqamətlərindən birini Azərbaycanın təhlükəsiz gələcəyinə təminat, müstəqilliyinə zəmanət verən ordu quruculuğu təşkil edirdi.

Ümummilli Lider Heydər Əliyevin şəxsi müdaxiləsi və qayğısı ilə ötən əsrin 70-ci illərindən başlayaraq ali hərbi məktəblərə qəbul olunan gənclərin sırasında azərbaycanlıların sayı intensiv şəkildə artmağa başladı və bu sahədə də milliləşdirmə prosesi sürətləndi. Digər istiqamət isə ölkə daxilində milli təhsil müəsissələrinin təkmilləşdirilməsi və yeni təhsil ocaqlarının yaradılması idi. Bakıda hərbi məktəbin açılmasına mərkəzi hakimiyyətdən icazə almaq çox çətin olsa da, Ulu Öndər Heydər Əliyev buna nail oldu və məhz onun əzmi sayəsində 19 iyul 1971-ci il tarixdə Silahlı Qüvvələrin peşəkar milli hərbçi heyəti ilə komplektləşdirilməsində müstəsna əhəmiyyəti olan Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı. Sözü gedən hərbi məktəbin fəaliyyətə başlaması Azərbaycanda hərb sahəsinə marağın daha da güclənməsinə böyük təkan verdi.

Dahi rəhbərin gərgin zəhməti və uzaqgörənliyi sayəsində yaradılmış Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəb müstəqillik dövründə milli ordunun zabit korpusunun formalaşmasında müstəsna rol oynamışdı. Başqa cür desək, Ulu Öndər faktiki olaraq müstəqil ordu üçün kadr bazasını dayaratmağa nail olmuşdu. Həm də elə bir dövrdəki, Azərbaycanda müstəqilliyi xəyal etmək belə mümkün deyildi.

Həmin dövrdə Azərbaycan ildə təxminən 60 min gənci ordu sıralarına göndərirdi. 70-ci illərdə həmin məktəbin nümayəndələri olan zabitlər artıq müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin komandirləri, generallarıdır.

Ümummilli Lider Heydər Əliyev özünün andiçmə mərasimindəki nitqində demişdir: “Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir”.

1993-cü ildən başlayaraq, ictimai-siyasi sabitliyin təmin olunması, beynəlxalq münasibətlər sistemində öz yerini tutması, iqtisadiyyatda sabitliyin, daha sonrakı illərdə isə həm də davamlı inkişafın əldə edilməsi, demokratik ənənələrə əsaslanan siyasi sistemin formalaşması, modern ordu quruculuğu və digər sahələrdə əldə olunmuş uğurlar Ulu Öndər Heydər Əliyevin irəli sürdüyü müasir milli dövlətçilik strategiyasının məntiqi nəticələri idi.

Bu gün regionun ən güclü ordusuna, ən böyük iqtisadiyyatına, ən sürətli inkişaf tempinə, məğlubedilməz Ordusuna malik olan müasir Azərbaycan dövlətini Ulu Öndər Heydər Əliyevin şah əsəri adlandıranlar, heç şübhəsiz ki, yanılmırlar.

İndi Azərbaycan öz tarixinin ən şərəfli, ən sevincli günlərini yaşayır. Artıq “Qarabağ münaqişəsi” deyil ən bir termin tarixə qovuşub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüz təmin olunub.

Milli hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetiriləndə heç kim təsəvvür edə bilməzdi ki, 2020-ci ilin payızında yüngül silahlarla Şuşanın sıldırım qayalarına dırmaşan Azərbaycan Ordusuna məhz Ümummilli Liderin xeyir-duası ilə hərbi təhsil almış milli kadrlar rəhbərlik edəcək və bu kadrlar xalqımızın Şuşa həsrətinə son qoyacaq.

44 günlük Vətən müharibəsində Azərbaycan ordusuözgücününümayişetdirdi, Qarabağın döyünən ürəyi olan Şuşanı, Murovdağ yüksəkliyini, Suqovuşanı və digər kəndləri, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayon və şəhər mərkəzlərini düşməndən azad etdi. Qüdrətli Azərbaycan ordusu və xalqın birliyi ilə düşmən layiqli cəzasını aldı.

İkinci Qarabağ müharibəsində cənab Ali Baş Komandan, xalq, ordu birliyi dəmir yumruq kimi birləşdi və əsl həmrəylik nümunəsi oldu. Rəşadətli Azərbaycan Ordusu bu gün hər bir döyüş tapşırığını yerinə yetirməyə hazırdır. Ordunun döyüş qabiliyyətini artırmaq məqsədilə bir sıra təlimlər keçirilir, hərbi hissələr müasir texnikalarla təmin olunur. Prezidentimiz siyasi islahatların davam edəcəyi, demokratiki nkişafla bağlı addımlar atılacağından bəhs etmişdir.

Sonda, Ulu Öndərimin unudulmayan kəlamlarını xatırlatmaq istəyirəm: “Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha qüvvətli edir.” Bəli, Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi Qarabağ zəfəri onu sübuta yetirdi ki, xalqın öz dövlətinə inamı, dövlət, xalq, ordu birliyi hər bir qələbənin başlanğıcı, əsas amalıdır.

Türkan Əhmədova,

ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü

Digər xəbərlər