Siyasət

  • 852

Azərbaycan Ordusu günü-gündən inkişaf edir və möhkəmlənir ŞƏRH

image

Azərbaycan Ordusu xalqın qürur mənbəyidir.Müstəqil dövlətin nüfuzu iqtisadi,siyasi və elmi potensialı ilə yanaşı,malik olduğu ordusunun qüdrəti ilə də ölçülür.Azərbaycanda milli ordu quruculuğu çox mürəkkəb mərhələlərdən keçmişdir.Hal-hazırda dünyanın müasir hərb sənətinə öz imzasını atmış Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi bütün ömrünü xalqının xoşbəxt gələcəyi,firavan həyatı,azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.Ümummilli liderimizin ordu,xalq,vətən,müstəqillik haqqında söylədiyi fikirlər bu gün də ordumuzu şanlı qələbələrə aparır. İndi Azərbaycanın peşəkar hərbçi kadrlardan ibarət,müasir texnika və silahlara malik,güclü,müzəffər ordusu vardır.Bu güclü ordunun formalaşdırılmasında və inkişafında ümummilli liderimiz Heydər Əliyev əvəzsiz rolu vardır.Bu gün Azərbaycanın Silahlı Qüvvələri Cənubi Qafqaz regionunun ən güclü ordusuna malikdir.Bunun arxasında Ulu Öndərin misilsiz xidmətləri dayanır.Məhz Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə ordu quruculuğuna böyük önəm verdi.Ulu Öndərin sayəsində 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasına,gənclərimizin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə,eləcə də SSRİ-nin digər hərbi məktəblərinə qəbul edilməsinə nail olundu.

Biz böyük iftixar hissi ilə deyirik ki,Azərbaycan Respublikasının Milli Ordusu-əhalimizin əmin-amanlığını,mühafizəsini,respublikamızın təhlükəsizliyini təmin etmək üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır-deyən ümummilli liderimizin rəhbərliyi ilə qısa zamanda ordunun qanunvericilik bazası yaradılmışdır. “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmət haqqında”, “Silahlı Qüvvələr haqqında” qanunlar qəbul edilmişdir. Ümummilli liderin başladığı və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən müdrik,uzaqgörən siyasət nəticəsində Azərbaycan Ordusu günü-gündən inkişaf edir və möhkəmlənir.

Altay Məmmədov

YAP Şamaxı rayon təşkilatının sədr müavini

Digər xəbərlər