PDF Oxu

Siyasət

  • 3 424

Azərbaycanın “yaşıl enerji” siyasəti dünyanın enerji sisteminə yeniliklər bəxş edəcək ŞƏRH

Azərbaycanın “yaşıl enerji” siyasəti dünyanın enerji sisteminə yeniliklər bəxş edəcək ŞƏRH

İyunun 21-də “Euronews” televiziyasında Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərindən reportaj yayımlanıb. Həmin reportajda Azərbaycan Prezidenti İlham Əliyevin “Euronews”a müsahibəsi də yer alıb.İyunun 21-də “Euronews” televiziyasına verdiyi müsahibəsində dövlət başçısının sözlərinə görə, “Masdar” bizim bərpaolunan enerji sahəsində strateji tərəfdaşımızdır: “Ötən ilin oktyabrında biz 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışını etdik. Bu gün isə ümumi gücü 1 qiqavat olan üç günəş və külək enerjisi stansiyalarının təməlqoyma mərasimini keçirdik. Bu, yalnız başlanğıcdır, çünki biz orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq. Hədəfimiz belədir, potensial var”.Qeyd edək ki, 3 elektrik stansiyasının ümumi qoyuluş gücü 1000 MVt olacaq. Biləsuvarda (445 MVt) və Neftçalada (315 MVt) iki günəş elektrik stansiyası və Abşeron-Qaradağda isə 240 MVt gücündə bir külək elektrik stansiyası inşa ediləcək. Bu da öz növbəsində ildə 496 milyon kubmetr təbii qaza qənaət etməyə və 943 min tondan çox karbon qazı emissiyasının qarşısını almağa imkan verəcək.

Prezident cənab İlham Əliyev o cümlədən qeyd edib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir. Bununla da dövlətimizin başçısı COP29-un Azərbaycanın “yaşıl enerji” siyasətinə, həmçinin dünyanın enerji sisteminə yeniliklər bəxş edəcəyinə diqqət çəkib. Heç şübhəsiz ki, bütün bunlar ölkəmizin dünyada artan nüfuzuna müsbət təsir göstərəcək.

Yaddan çıxarmayaq ki, bu gün fəlakətlərlə üzləşən planetimiz hamının evidir, onu qorumaq isə hər bir dövlətin borcudur. Bu mənada müsbət mühit qurmaq naminə ölkələrin qarşılıqlı fəaliyyət göstərmələri olduqca vacibdir. Şübhəsiz, Azərbaycan COP29 vasitəsilə bu vacib faktoru da dünyaya çatdıra biləcək.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər