Azərbaycan təkcə bölgəmiz üçün deyil, bütün planetimizin qorunması üçün məsuliyyət daşıyan ölkələrdən birinə çevrilib. Ənənəvi enerji tədarükçüsü olan əksər ölkələr kimi Azərbaycanda bu gün yaşıl enerjiyə keçid dövrünü yaşayır. Bu baxımdan ölkəmiz nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerji sahəsinə sərmayə yatıranlar üçün də kifayət qədər cəlbedicidir. Daha doğrusu, Azərbaycan yaşıl enerjiyə keçid prosesində lider ölkələrdən biri sayılır. Bu məqamötəngün “Euronews” televiziyasında yayımlanan Prezident İlham Əliyevin müsahibəsində də xüsusi olaraq vurğulanıb. Sözügedən müsahibə iyunun 21-də “Euronews” televiziyasında yayımlanan Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “CaspianOil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “CaspianPower” sərgilərindən hazırlanmış reportaj da yer alıb. Bu sərgilər Azərbaycanın ənənəvi neft və qaz tədarükçüsü olan bir ölkə kimi əldə etdiyi nailiyyətlərlə bərabər, yaşıl gündəliyi nümayiş etdirən bir ölkə kimi də böyük potensiala malik olduğunu ortaya qoyur. Azərbaycan COP29-a ev sahibliyiedir, odur ki, Azərbaycanın yaşıl enerjiyə keçid prosesində üzərinə çox böyük öhdəlik və məsuliyyət düşür. Respublikamız eyni zamanda bu səbəbdən də öndə gedənlərdən olmalıdır.
Çox sevindirici haldır ki, Azərbaycanın “Masdar”, “ACWA Power” kimi strateji tərəfdarları var və bizimlə işləmək istəyən, sərmayə qoymağı planlaşdıran bir sıra xarici şirkətlər vardır. Onu da qeyd edək ki, BP də sərmayədarlar sırasındadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev respublikamızın neft və qaz sahəsini yaxşı bildiyini və bu işə isə təzə başlanıldığını və milli enerji şəbəkəsi ilə bağlı müəyyən çətinliklərin olduğunu və eyni zamanda sərmayədarların verdiyi mümkün qədər çox enerjinin qəbul edilməsi üçün milli enerji şəbəkəsinin gücləndirilməsinin lazım olduğunu söyləyib. Prezident İlham Əliyev digər çətinliyin ötürülmə xətləri ilə bağlı olduğunu və bu halda öz qonşularımızla fəal çalışmağımızın lazım olduğunu deyib. Qeyd edib ki, Azərbaycanın özünə planlaşdırdığımız qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşmaq tətbiq edilməlidir ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun.
Nicat İsmayılov
YAP Yasamal rayonu "Akim Abbasov küç.73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri