Siyasət

  • 1 275

Məqsədyönlü siyasətin məntiqi nəticəsi

image

İyunun 21-də dövlət başçısı Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgiləri zamanı növbəti dəfə Avropanın ən tanınmış televiziya kanallarından olan “Euronews” televiziyasına müsahibə verib.

Ölkə başçısı müsahibədə Azərbaycanın yaşıl gündəliyi, ölkəmizdə yaradılmış son dərəcə cəlbedici investisiya mühiti və bir çox digər mühüm məqamlar barədə detallı açıqlamalar verib. Bildiyimiz kimi, Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Yaşıl enerjinin inkişafı və yaşıl enerjinin dünya bazarlarına çıxışı Azərbaycanın enerji siyasətinin prioritetiləri sırasındadır. Azərbaycan son illərdə enerji sektorunda əhəmiyyətli dəyişikliklər həyata keçirir. Ölkə ənənəvi neft və qaz sektorunda əldə etdiyi gəlirləri bərpaolunan enerji mənbələrinə yönəldir. Bu addımlar, Azərbaycanın COP29-a ev sahibliyi edəcək bir ölkə olaraq yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən biri olma öhdəliyini yerinə yetirməsinə kömək edir. Azərbaycanın enerji siyasətində prioritet məsələlər yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqlidir. Elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılması hədəflənir. Azərbaycanın müstəqillik tarixinə, xüsusən son 30 illik dövrə diqqət etsək, əminliklə deyə bilərik ki, ölkəmiz iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə davamlı olaraq öz töhfəsini verib. Bu gün davam edən təşəbbüslər ölkəmizin prosesdə israrlı olduğunu göstərir. Ölkə başçısı İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmizdə həyata keçirilən uzunmüddətli və məqsədyönlü siyasətin məntiqi nəticəsidir.
Prezident İlham Əliyev müsahibə zamanı bildirib ki, Azərbaycanda yaxşı sərmayə mühiti var. Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir.Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun. Prezident İlham Əliyevin müsahibəsindən göründüyü kimi ölkəmizdə yaxşı sərmayə mühiti var. Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir.

Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri

Digər xəbərlər