Siyasət

  • 803

Yeni eranın başlanğıcı

image

Azərbaycanın bərpa olunan enerji sahəsində böyük planları var. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində biz yaşıl enerji ixracını da planlaşdırırıq. Həmin planı həyata keçirmək üçün Azərbaycanın daxili istehlakından daha çox “yaşıl elektrik enerjisi” istehsalı nəzərdə tutulur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 21 iyun tarixində “Euronews”a verdiyi müsahibəsində ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən bərpaolunan enerjidən istifadə kimi məsələyə də münasibət bildirmişdir.
Müsahibəsində dövlətimizin başçısı qeyd etdi ki, “bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun. Yalnız daxili gündəliyimizdən asılı olan və həll edilməli bir çox məsələlər, şübhə etmirəm ki, tam reallaşacaq. Lakin beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri biz tərəfdaşlarımızla həll etməliyik.
Bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrik ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanğıcı oldu. Ölkəmizdə energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib.
Ölkəmizin bərpaolunan enerji potensialı - quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir.
Prezident İlham Əliyevin azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonasının yaradılması ilə bağlı tapşırıqlarını nəzərdə alaraq, dünyanın nüfuzlu şirkətləri ilə Qarabağda yüksək bərpaolunan enerji potensialından istifadə etməklə ərazini ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək və ekoloji cəhətdən təmiz və enerji səmərəliliyinə malik yaşıl texnologiyaların tətbiqi perspektivləri dəyərləndirilməlidir.
Dövlətimizin başçısının dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirir, yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzaladığımız sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpa olunan enerji 10 qiqavata çatacaq.
Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.
Bu ilin ötən dövrü ərzində cənab İlham Əliyevin ikinci dəfə “Euronews”a verdiyi müsahibə də Azərbaycandakı enerji sektoru haqqındakı mütərəqqi düşüncələri, fikirləri və təklifləri xarici mühitin diqqətini cəlb etməkdədir.

Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri

Digər xəbərlər