PDF Oxu

Siyasət

  • 2 209

Ağcabədidə 26 İyun – Silahlı Qüvvələr Günü qeyd olunub ŞƏRH

Ağcabədidə 26 İyun – Silahlı Qüvvələr Günü qeyd olunub ŞƏRH

Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı, eləcə də Ağcabədi Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib. Partiya təşkilatı kollektivi, partiya fəalları, şəhid ailələri, ziyalılar, eləcə də “N” saylı hərbi hissənin bir qrup əsgər və zabitlərin iştirakı ilə keçirlən tədbirdə öncə Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə çiçək dəstələri düzülüb.

Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, müdrik siyasətçi Heydər Əliyevin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqilik sükutla yad olunub.

Məruzə ilə çıxış edən Nazim Bünyatov qeyd edib ki, xalqın səsinə səs verən Ulu öndər Heydər Əliyev növbəti dəfə hakimiyyətə qayıdandan sonra ordu quruculuğu istiqamətində olduqca mühüm addımlar atıldı. Məhz böyük liderin 1998-ci il Sərəncamına əsasən Əlahiddə Azərbaycan Koprusunun yarandığı gün – 26 İyun tarixi Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Məruzə ətrafında çıxış edənlər – Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin əməkdaşı Rüstəm Xudiyev, Heydər Əliyev Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən, Vətən müharibəsi iştirakçısı Ruhin Hüseynov, “N” saylı hərbi hissənin zabiti Əlibəy Novruzbəyov və şəhid bacısı Nüşabə İbrahimova müasir Azərbaycan Ordusunun dünya hərb elminə yeni srtategiyalar, yeni taktikalar gətridyindən söz açıblar. Natiqlər qeyd ediblər ki, düşmən üzərində cəmi 44 günə əldə edilən möhtəşəm ələbə, qələbənin gedişatında aparılan uğurlu hərbi əməliyyatlar, operativ addımlar, bu əməliyyatların hazırlanması və icra edilməsi hazırda bütün dünyanın hərbi mütəxəssisləri tərəfindən öyrənilir, tədris edilir. Qürurverici vacib bir fakt da xüsusi olaraq vurğulanıb ki, müasir Azərbaycan Ordusu hazırda dünya sıralamasında ən nəhəng ölkələrin orduları ilə eyni cərgədə yer alır.

Tədbir iştirakçıları igid, mətin Azərbaycan əsgərinin simasında bir dəqiqə belə gözünü qırpmadan Vətənin keşiyini çəkən Silahlı Qüvvələrimizin bütün əsgər və zabit heyətini təbrik ediblər, əyninə şərəfli əsgər paltarı geyinmiş bütün igidlərimizə hərbi xidmətlərinə uğurlar diləyiblər.

Tədbirdə həmçinin bir qrup Azərbaycan Ordusunun əsgər və zabiti xidməti işlərində xüsusi fəallığa görə Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının Fəxri fərmanları ilə təltif olunublar.

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə keçirilən bayram ovqatlı tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Digər xəbərlər