Siyasət

  • 916

YAP Yasamal rayon təşkilatında qanvermə aksiyası keçirilib FOTOLAR

image

İyunun 28-də YAP Yasamal rayon təşkilatının inzibati binasında qanvermə aksiyası keçirilib. Aksiya YAP Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Qeyd edək ki, aksiyaya Mərkəzi Qan Bankını təmsil edən tibbi heyət cəlb olunub.Yasamal rayonundamütəmadi olaraq təşkil edilən belə aksiyaların məqsədi talassemiya, irsi qan və digər profilli xəstəliklərdən əziyyət çəkən insanlara dəstək verməkdir. YAP Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyəti ilə birgə bu aksiyanı təşkil etməklə bu prosesə növbəti dəfə öz dəstəyini nümayiş etdirmişdir.

AksiyadaYAP Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları daxil olmaqla Yasamal rayonunda fəaliyyət göstərən idarə, müəssisələrdə çalışan 200-dən çox əməkdaş iştirak edib.

Digər xəbərlər