Siyasət

  • 1 194

YAP Yasamal rayon təşkilatında qanvermə aksiyası keçirilib

image

İyunun 28-də Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının inzibati binasında qanvermə aksiyası keçirilib.

Aksiya YAP Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.
Qanvermə aksiyasına Mərkəzi Qan Bankını təmsil edən tibbi heyət cəlb olunub. Yasamal rayonunda mütəmadi olaraq təşkil edilən belə aksiyaların məqsədi talassemiya, irsi qan və digər profilli xəstəliklərdən əziyyət çəkən insanlara dəstək verməkdir.
Aksiyada YAP Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları da daxil olmaqla Yasamal rayonunda fəaliyyət göstərən idarə, müəssisələrdə çalışan 200-dən çox əməkdaş iştirak edib.

Digər xəbərlər