Siyasət

  • 1 189

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün çimərlik turu təşkil edilib - FOTOLAR

image

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün çimərlik turu təşkil edib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, tədbirə Agentliyin əlilliyi olan uşaqlar üçün 1 və 2 saylı Sosial Xidmət Müəssisəsinin sakinləri və Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində xidmət göstərilən uşaqlar cəlb olunublar.

Dəniz kənarında uşaqlar üçün interaktiv oyunlar, müxtəlif animatorlarla musiqili şou, rəsm və qum terapiyası, köpük və alov şou təşkil edilib. 30-dək uşağın iştirak etdiyi turun məqsədi onların cəmiyyətə inteqrasiyası və sosial reabilitasiyasına dəstək göstərməkdən ibarətdir.

Tədbir uşaqların sevincini əks etdirən rəngarəng görüntülərlə yadda qalıb.

Digər xəbərlər