Siyasət

  • 903

“Azərbaycan polisi ən böyük hörmətə, etimada layiqdir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

image

“Bu gün Azərbaycan polisi çox böyük fədakarlıqla Azərbaycanda asayişin keşiyində durur, ölkəmizdə daxili satibliyin qorunmasında mühüm vəzifəni icra edir. Eyni zamanda Azərbaycan polisi təhlükəsizliyi təmin edən mühüm fuksional qurum kimi çıxış edir. Aparılan islahatlar nəticəsində polislərimiz həm fiziki, həm peşəkarlıq göstəricilərinə, həm də virtual məkanda baş verən kibercinayətkarlığa qarşı mübarizə göstəricilərinə görə dünyanın öndə gedən polis institutları sırasındadır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, hazırda ölkədə asayişin təmin olunması, qanunun aliliyinin qorunması çox mühüm vəzifədir və get-gedə daha da mürəkkəb hal alır: “Buna görə də bu vəzifələrin öhdəsindən gəlmək üçün polislərdən daim yeni hazırlıq, intellektual göstəricilər, peşəkarlıq qabiliyyəti, müasir texnologiyalarla davranma göstəriciləri tələb olunur. Bu gün Azərbaycan polisi çox böyük uğurla sözügedən göstəricilərin öhdəsindən gələ bilir.Diqqət etsək görərik ki, polislər hər zaman öz həyatlarını riskə atmaq bahasına olsa belə ölkəmizə qarşı aparılan səssiz müharibədə öz vəzifəsini layiqincə yerinə yetirir. Səssiz müharibə ölkəmizə qarşı aparılan narkotik müharibəsidir. Hər gün müxtəlif internet resurslarında Azərbaycan polisinin digər müvafiq qurumlarla birlikdə keçirdikləri əməliyyat nəticəsində gənclərimizi hədəf alan, onların gələcəyini məhv etməyə yönələn narkotik müharibəsinə qarşı dəyanətlə aparılan müharibənin şahidi olarıq. Bütün bunlar Azərbaycan polisinə olan etimadı daha da gücləndirir. Günümüzdə Azərbaycan polisi cinayətləri açmağa nail olur, qanun pozuntularının dərhal qarşısını alır. Beləliklə ölkəmizdə baş vermiş cinayət faktlarının üstünün açılması məsələsində də hər il daha çox nəticə əldə olunur: Bu gün 106 yaşını qeyd edən Azərbaycan polisi ən böyük hörmətə, etimada layiqdir”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər