Siyasət

  • 952

""Böyük Qayıdış" Azərbaycanın gücünü, ləyaqətini ortaya qoymuş olur" - ŞƏRH EDİLDİ

image

""Böyük Qayıdış" prosesi Azərbaycan dövlətinin bu sahədə iradəsini, gücünü göstərir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.Politoloq bildirib ki, Azərbaycan bu gün "Böyük Qayıdış"ın necə peşəkarlıqla gerçəkləşdiyini bütün dünyaya nümayiş etdirən önəmli güc mərkəzlərindən biridir: "Məhz Azərbaycanın ortaya qoyduğu peşəkar dövlət etikası nəticəsində "Böyük Qayıdış" prosesinin nə qədər uğurlu formada baş verdiyini görürük. Əslində Azərbaycan təkcə dünyaya torpaqlarını işğaldan azad etməyin düsturunu öyrətmir, eyni zamanda azad edilmiş torpaqlarda dağıdılmış, məhv edilmiş ərazilərdə abadlığın, canlanmanın yenidən dirçəlişin simvolikasını yaradır."Böyük Qayıdış" prosesi də Azərbaycanın bu sahədəki gücünü, ləyaqətini ortaya qoymuş olur. Azərbaycan ən az vaxtda ən çox sayda keçmiş məcburi köçkün və qaçqının öz torpaqlarına qayıdışına səbəb olub. Bu gün məhz dövlətimizin iradəsi və qətiyyəti nəticəsində insanlarımız çox rahat formada öz dədə-baba yurdlarına qayıdaraq orada rahat şəkildə yaşamağa davam edirlər. Mərhələli şəkildə işğaldan azad edilən bütün bölgələrdə "Böyük Qayıdış" prosesi baş verir və verəcək. Azərbaycanın "Böyük Qayıdış" məsələsində də bir rol, model olması hesab edirəm ki, vətəndaş olaraq bizim də qürur duymağımıza səbəb olur".

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər