Siyasət

  • 1 061

“Yeni şəraitdə formalaşacaq parlament yeni tələblərə cavab verməlidir“ - DEPUTAT FİKİR BİLDİRDİ

image

“Ölkə başçısı İlham Əliyev tərəfindən sentyabr 1-də növbədənkənar parlament seçkilərinin keçirilməsi bir neçə baxımdan əhəmiyyətlidir. Birincisi növbədənkənar parlament seçkilərinin keçirilməsi Azərbaycan Respublikası Konstitusiyasına tamamilə uyğundur. Konstitusiyada yazılır ki, Prezident növbədənkənar parlament seçkilərini təyin edə bilər. İkincisi noyabr ayında ölkəmizdə COP29 kimi mühüm beynəlxalq konfrans keçiriləcək. İki böyük tədbirin eyni vaxtda keçirilməsi isə təşkilatçılıq və digər məsələlərin həllini zəruri edir. COP29 konfransı üçün ölkəmizə təxminən 80-100 min nəfər qonaq gələcək və onların yerləşdirilməsi, hərəkəti, keçirilən toplantılarla paralel olaraq təbliğat-təşviqat işlərinin aparılması çox çətin məsələdir. Bunları təmin etməyin ağırlığı var. Ölkəmizə dövlət və hökumət başçıları, nazirlər gələcək və təbii ki, nəqliyyatın hərəkətində məhdudiyyətlər qoyulacaq. Belə bir şəraitdə seçki qabağı təbliğat-təşviqat işinin aparılmasında çətinliklər yarana bilər. Hesab edirəm ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi haqqında cənab Prezidentin sərəncamı COP29-a, dünya problemlərinə olan diqqətin göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin VI çağırış deputatı Musa Qasımlı deyib. Deputat bildirib ki, COP29 zamanı parlament formalaşmış halda olmalıdır: “1991-ci ildən bəri ilk dəfə olar Müzəffər Ali Baş Komandımız, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlət suverenliyini bütün ölkə ərazisində bərpa edib. 1991-ci ildən bəri heç vaxt parlament seçkiləri ölkəmizin bütün ərazisində keçirilməyib. Ermənistanın işğalı altında olan ərazilərdə seçkilər olmayıb. İnsanlarımız məcburi köçkün olaraq ölkənin müxtəlif rayonlarına səpələnmiş halda səs veriblər. Artıq ölkəmizin həyatında yeni bir dövr başlayıb. Bütün torpaqlarımız işğaldan azad edilib, keçmiş məcburi köçkünlər dədə-baba yurdlarına qayıdırlar. Həmin ərazilərdə artıq seçki məntəqələri təşkil edilib. Bu seçkilər ölkəmizdə demokratik, şəffaf, azad və bərabər şəraitdə keçiriləcək.Siyasi partiyaların yenidən qeydə alınması prosesi başa çatıb. İstənilən partiya və müstəqil şəxslər seçkilərə qoşula bilərlər. Yeni şəraitdə formalaşacaq parlament yeni tələblərə cavab verməlidir. Hesab edirəm ki, VI çağırış Milli Məclis Azərbaycan parlament tarixinin ən uğurlu dövrlərindən biridir. Doğrudur, parlament fəaliyyətə başladığı ilk illər Covid-19 pandemiyası oldu. Amma parlament çalışdı. VI çağırış Milli Məclisin fəaliyyəti dövründə torpaqlarımız Ali Baş Komandan, ölkə rəhbəri İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edildi.Növbədənkənar parlament seçkiləri dövlətimiz və millətimizin həyatında böyük hadisədir. Təbiidir ki, bu hadisədə YAP ilə rəqabət aparmaq gücündə olan elə bir siyasi partiya görmürəm. Partiyanın cəmiyyət içərisində nüfuzu çox yüksəkdir. Məhz YAP-sədri, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında millətimizin 1988-ci ildən bəri arzuladıqları həyata keçir”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər