Siyasət

  • 303

“Xalqımız öz səs haqqından yararlanaraq deputatlarının kim olacağını müəyyən edəcək” - ŞƏRH

image

“Sentyabrın 1-də Azərbaycanda Milli Məclisin tərkibi yenidən formalaşacaq. Xalqımız öz səs haqqından yararlanaraq deputatlarının kim olacağını müəyyən edəcək”. Bu fikirləri saytımıza Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli saytımıza açıqlamasında bildirib.Asif Əsgərli deyib ki, iyunun 28-də Milli Məclisin növbədənkənar sessiyası başa çatıb: “Bununla da 6-cı çağırış parlament işini başa çatdırıb. Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib. Artıq növbədənkənar Parlament seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim Planı təsdiq edilib. Mərkəzi Seçki Komissiyası tərəfindən beynəlxaq qurulara müşahidəçiliklə bağlı müraciət olunacaq. Seçkinin gedişatını isə hər zaman olduğu kimi yerli və beynəlxalq müşahidəçi izləyəcək. Hər seçkidə beynəlxalq təşkilatlar və onların təmsilçiləri Azərbaycanda həyata keçirilən siyasəti və onun uğurlarını, seçki ilə bağlı keçirilən tədbirlərin nəticələrini yüksək qiymətləndirirlər. Bu, bizə onu deməyə əsas verir ki, növbəti hesabatlarda da obyektivlik meyarı qorunacaq”.

Asif Əsgərli Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini uzunmüddətli müşahidə etmək üçün beynəlxalq təşkilatların müşahidəçilərinin apardıqları müşahidələrin nəticələri ilə bağlı hesabatlarının xüsusi razılıq hissi yaratdığını bildirib: “Azərbaycanda seçkilərin normal demokratik şəraitdə keçirilməsi üçün münbit şərait yaradılır. Bu, onu göstərir ki, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana olan inam daha da artır, ölkəmizin əhəmiyyəti yüksəlir”.

Politoloq, YAP üzvlərinin özlərinin partiya vəzifələrini və missiyalarını çox gözəl bildiklərini vurğulayı: “YAP üzvləri hər seçkidən-seçkiyə bunu daha aydın şəkildə dərk edirlər. İnanırıq ki, növbədənkənar parlament seçkilərində YAP üzvləri öz vəzifələrini yükəsk səviyyədə yerinə yetirərək səylərini və fədakarlıqlarını könüllü olaraq düşünülmüş şəkildə artıracaqlar. Bu dinamika 1 sentyabr seçkilərində də davam edəcək. Qarşıdan gələn parlament seçkilərində YAP-ın hər bir üzvü seçki təbliğatının həyata keçirilməsində layiqli şəkildə iştirak edəcəklər. Müəyyən olunmuş vaxtda Milli Məclisə namizədlər seçki platformalarını bəyan edəcəklər. Partiya tərəfindən müəyyənləşdirilərək irəli sürüləcək namizədlərin və fərdi şəkildə namizədliyini irəli sürən insanlar qarşıdan gələn parlament seçkilərində təbliğatı aparılacaq”.

Digər xəbərlər