Siyasət

  • 840

Seçkilərin demokratik keçirilməsi üçün münbit şərait mövcuddur

image

“Sentyabrın 1-də Azərbaycanda Milli Məclisin tərkibi yenidən formalaşacaq. Xalqımız öz səsvermə hüququndan yararlanaraq seçimini edəcək”. Bu fikirləri saytımıza Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Asif Əsgərli bildirib.

Prezident İlham Əliyevin altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzaladığını xatırladan A.Əsgərli deyib: “Artıq növbədənkənar Parlament seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim Planı təsdiq edilib. Mərkəzi Seçki Komissiyası tərəfindən beynəlxaq qurulara müşahidəçiliklə bağlı müraciət olunacaq. Seçkinin gedişatını isə hər zaman olduğu kimi, yerli və beynəlxalq müşahidəçilər izləyəcək. Hər seçkidə obyektiv mövqedən çıxış edən beynəlxalq təşkilatlar və onların təmsilçiləri Azərbaycanda həyata keçirilən siyasəti və onun uğurlarını, seçki ilə bağlı keçirilən tədbirlərin nəticələrini yüksək qiymətləndirirlər. Azərbaycanda seçkilərin demokratik keçirilməsi üçün münbit şərait mövcuddur”.
A.Əsgərli YAP-ın seçkilərə qələbə əzmi ilə qatılacağını, partiya üzvlərinin prosesdə fəal iştirak edəcəklərini və üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərini bildirib.

Digər xəbərlər