Siyasət

  • 3 362

Seçkinin qalibi bəllidir - ANALİZ

image

Parlament seçkilərində AXCP, Müsavat və Milli Şura kimi qurumların təmsilçilərinin xalqdan “yox, sizə olmaz” cavabını alacaqları şübhəsizdir

Hər seçki ərəfəsi olduğu kimi yenə də dağıdıcı müxalifətin xaricdən qidalanan və buna müvafiq də fəaliyyət göstərən ünsürləri müxtəlif səpkilər də qərəzli havalar ifa edirlər. Hər biri elə açıqlamalar, şərhlər verirlər ki, sanki seçki üzrə böyük mütəxəssisdirlər. Milli Şuranın rəhbəri Cəmil Həsənli isə özünü peşəkar hüquqşünas olaraq göstərməyə çalışır. Halbuki nə seçki üzrə, nə də hüquqi bilgilərlə bağlı səthi savada və biliyə malik deyillər. Onların danışdıqları və dedikləri sadəcə internet resurslarında paylaşılan yanlış informasiyalar üzərində qurulur ki, bunları da hər kəs bilir. Söz yox ki, özləri də dərk edirlər ki, dedikləri boşboğazlıqdan başqa bir şey deyil. Sadəcə öz ayıblarını etiraf edib dilə gətirmək istəmirlər. Əksinə hikkəli və iddialı olduqlarından özlərini eyni masanı bölüşdükləri əqidə yoldaşından üstün hesab etməyə çalışırlar. Lakin səthi araşdırma apardıqda aydın olur ki, bu məxluqlar heç bir işə yaramayan, boşboğazlıq etməkdən uzağa gedə bilməyən ucuz məxluqlardır. Onlara trollar da demək olar. Ona görə ki, müstəqil mövqeyə və fikrə malik deyillər. Əli Kərimli, Cəmil Həsənli və digərləri özlərinin deyil başqalarının fikirlərini ifadə edirlər. Vatçapda yaradılan qruplarda paylaşılan tezisləri də Fuad Qəhrəmanlı, Seymur Həzi, İlham Hüseyn, Gültəkin Hacıbəyli və digər trollar götürüb özlərinin sosial şəbəkə hesablarında paylaşırlar. Çox vaxtı da elə mövzulardan yazır və paylaşırlar ki, həmin yazını nəzərdən keçirən istifadəçinin qınağına çevrilirlər. Çünki, statusu oxuyan hər kəsə aydın olur ki, bunu qələmə almaq Fuad Qəhrəmanlının, Seymur Həzinin, Ayaz Məhərrəmovun, İlham Hüseynin, Gülağa Aslanlının, Gültəkin Hacıbəylinin və digər trolların savadı daxilində deyil. Bəzən də paylaşılan status özlərinin ifşası qismində yazılır. Ağılları da o yerə çatmır ki, baxsınlar, oxusunlar ki, həmin tezis nə dərəcə də yayılması üçün məqbuldur. Digər tərəfdən qanmırlar ki, onları paylaşmağa məcbur etdikləri həmin cızma qara milli və dövlətçilik maraqlarına ziddir. O dərəcə də abırsız görkəm alıblar ki, ictimai qınaqdan, ittihamdan da nəticə çıxartmırlar. Bu da onu təsdiq edir ki, sözügedən şəxslər ya manqurtlaşıblar, ya da ağıldan məhrum olunublar. Çünki normal insan bilərəkdən milli və dövlətçilik maraqlarına ziddi məlumatlar yaymaz.

Sübut olundu ki, siyasət Əli Kərimli və Cəmil Həsənli üçün deyil

İndiki yarasız müxalif məxluqların sentyabrın 1-də keçirilməsi planlaşdırılan parlament seçkiləri ilə bağlı ağzıgöyçəklik etməsi başa düşüləndir. Ən azı dərk olunur ki, bundan sonra yüzlərlə seçki keçirilsə belə dağıdıcı müxalifətin məğlubiyyətə düçar olması qaçılmazdır. Çünki inandırıcı deyil ki, “Zəngəzur dəhlizi Azərbaycanın avantürasıdır”. “Xankəndində ermənilərin hüquqları pozulur”, “Qarabağın azad edilməsi Koçaryanın, Sarkisyanın Azərbaycanın torpaqlarını işğal etməsindən artıq deyil”, “bizim də Paşinyan kimi demokratik baş nazirimiz olaydı” və bu kimi separatçı fikirlər söyləməklə xalqın heysiyyatına toxunan dağıdıcı məxluqa hansısa seçici səs versin? C.Həsənli “mən hər ay SOROS Fondunda 200 ABŞ dolları maaş alıram” deməsi ilə boynundakı ipin bir ucunun xarici ağalarının əlində olduğunu dilə gətirirsə və bun xalq eşidir və görürsə, necə onlara dəstək ola bilər ki? Bütün bu digər amilləri nəzərə alaraq birmənalı şəkil də qeyd etmək olar ki, sentyabrın 1-də keçirilməsi planlaşdırılan növbənkənar parlament seçkilərində AXCP, Müsavat və Milli Şura kimi qurumların təmsilçilərinin xalqdan “Yox, sizə olmaz” cavabını alacaqları şübhəsizdir. Təbi ki, bu reallığı Cəmil Həsənli, Əli Kərimli və onların ətrafında olanlarda anlayırlar. Ən az tam şəkil də Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev demişkən “tpoy” deyillər. Ortada hansı faktın və nəticənin olduğunu anlayırlar. Başa düşdükləri üçün də cığallıq edirlər, Hər fürsət də seçkilərlə bağlı dezinformasiya xarakterli informasiyalar yayır, şər və böhtan xarakterli fikirlər səsləndirirlər.

YAP xeyirli və gərəkli fəaliyyətinə uyğun olaraq seçki hazırlığını və namizədlərinin müəyyənləşdirilməsini davam etdirir

Dağıdıcı müxalifətdən fərqli olaraq bir sıra siyasi partiyalar, o cümlədən Cənubi Qafqazın ən güclü lider partiyası olan Yeni Azərbaycan Partiyası xeyirli və gərəkli fəaliyyətinə uyğun olaraq seçki hazırlığını və namizədlərinin müəyyənləşdirilməsini davam etdirir. İyulun 3-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbədənkənar parlament seçkiləri ilə bağlı iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planının təsdiq edilib. Eyni zamanda Yeni Azərbaycan Partiyasının Mərkəzi seçki qərargahının yaradılıb və onun tərkibinin təsdiq edilib, Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin təyin olunması və səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə edəcək şəxslər təyin edilib. Partiyanın seçki hazırlığını yüksək səviyyədə həyata keçirməsi bir daha onu deməyə əsas verir ki, 1 sentyabr parlament seçkilərinin qalibi yenə də YAP olacaq. Başqa cür də nəticənin olması da mümkünü deyil. Çünki, Azərbaycan xalqı Ulu Öndərimiz Heydər Əliyevin qurucusu və hazırda Prezidentimiz İlham Əliyevin Sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının ideoloji siyasi xəttini birmənalı şəkil də dəstəkləyir. Bütün seçkilər də Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasını dəstəkləyib. Bu baxımdan da 1993-cü ildən bu günə qədər keçirilən bütün seçkilərin qalibi Yeni Azərbaycan Partiyası olub. Əldə olunan qələbələr xalqın Yeni Azərbaycan Partiyasına inamını göstərən başlıca amillərdəndir. Yeni Azərbaycan Partiyasının qurucusu, ölkəmizin xilaskarı Ulu Öndərimiz Heydər Əliyevin siyasi irsi bu gün ki uğurlarımızın əsasını təşkil edir. Yarandığı gündən YAP-ın Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub. Bu gün Yeni Azərbaycan Partiyası Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ən güclü siyasi qüvvəsi statusunu daşıyır. YAP-ın sıralarında təmsil olunan 750 nəfərə yaxın insan böyük güc olaraq Prezidentimiz, Fateh Sərkərdə İlham Əliyevin ətrafında sıx birləşməklə böyük qələbələrə, nailiyyətlərə imza atır. Məhz bu birliyin nəticəsində 2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük Vətən Müharibəsi ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, torpaqlarımız erməni işğalından azad olundu. Fateh Sərkərdə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində tarixi zəfərə imza atdı. Söz yox ki, qazanılan qələbə də Yeni Azərbaycan Partiyasının da böyük rolu var. Çünki yarandığı gündən əsas fəaliyyəti və hədəfi Azərbaycanın qazandığı davamlı uğurlara öz layiqli töhfəsini vermək olub. Bütün bu kimi möhtəşəm uğurlara əsaslanmaqla demək olar ki, sentyabrın 1-də keçiriləcək parlament seçkilərinin qalibi yenə də Yeni Azərbaycan Partiyası olacaq. Ona görə də, dağıdıcı müxalifətin və onların təmsilçilərinin qərəzli fikirlər yayıb, hay-küy qaldırmaları mənasız cəfəngiyyatdan bir şey deyil. Həm də bu kimi boşboğazlıqlar özlərini bir qədər də cəmiyyətin gözündən salmış olurlar. Çünki seçki mühüm və əhəmiyyətli məslədir. Hər bir siyasi partiya öz gücünü və imkanlarını seçkilər zamanı ortaya qoya bilər. Əgər seçki də uduzursa və ya az səs qazanırsa, deməli cəmiyyət də səhvlərə yol verən siyasət aparıb.

İLHAM ƏLİYEV

Digər xəbərlər