Siyasət

  • 751

Növbədənkənar seçkilər yeni dövrün reallığıdır - ŞƏRH

image

44 günlük zəfər müharibəsi ilə ərazi bütövlüyün bərpa edən qüdrətli Azərbaycan daha bir məsuliyyətli prosesin astanasındadır. Dövlət başçısı İlham Əliyevin altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi haqqında Sərəncamına uyğun olaraq sentyabrın 1-də ölkəmizdə növbədənkənar parlament seçkiləri keçiriləcək. Suverenliyimizin bərpasından sonra ölkəmizdə yeni dövrün çağırışlarına uyğun olaraq bu ilin fevralın 7-də növbədənkənar prezident seçkisinin böyük uğurla keçirilməsi, onun ardınca isə sentyabrın 1-də növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərarın qəbul edilməsi sözün əsl mənasında böyük tarixi bir zərurətdən irəli gəlir.

Hər kəsə aydındır ki, Azərbaycan hazırda davamlı uğurları ilə dünyanın diqqətindədir. Əlbəttdə hər dövrün öz çağırışları, öz tələbləri var. Suverenliyimizin tam bərpası ilə yaranan reallıqlar parlamentdə də yenilikləri, təkmilləşməni zəruri edir. Hamımıza məlumdur ki, Azərbaycan hər zaman yeniliyə, təkmilləşməyə açıq ölkə kimi tanınır, nüfuz qazanır. Növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü cəmiyyətimizin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasına məxsusdur. Növbədənkənar parlament seçkiləri dövlətimiz və millətimizin həyatında böyük hadisədir.

1991-ci ildən bəri ilk dəfə olar Müzəffər Ali Baş Komandımız, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlət suverenliyini bütün ölkə ərazisində bərpa edib. 1991-ci ildən bəri heç vaxt parlament seçkiləri ölkəmizin bütün ərazisində keçirilməyib. Ermənistanın işğalı altında olan ərazilərdə seçkilər olmayıb. İnsanlarımız məcburi köçkün olaraq ölkənin müxtəlif rayonlarına səpələnmiş halda səs veriblər. Artıq ölkəmizin həyatında yeni bir dövr başlayıb. Bütün torpaqlarımız işğaldan azad edilib, keçmiş məcburi köçkünlər ardıcıl olaraq dədə-baba yurdlarına qayıdırlar. Həmin ərazilərdə artıq seçki məntəqələri təşkil edilib.

1 sentyabr 2024-cü il tarixdə keçiriləcək növbədənkənar parlament seçkiləri müasir müstəqil, bütövləşən Azərbaycanın demokratik inkişaf tarixinə yeni bir səhifəni yazacaq. Bu gün hər bir azərbaycanlı qürurludur. Çünki müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edəcək parlament seçkiləri keçiriləcək. Dünyanın diqqəti növbəti dəfə Azərbayana, Qarabağa və Şərqi Zəngəzura yönələcək. Tarixi Zəfərimizdən ötən dörd ilə yaxın müddətdə 4 şəhərə və 4 kəndə sakinlərin qayıdışı, onlara burada ən yüksək şəraitin yaradılması bu torpaqların sahibi olaraq Azərbaycanın malik olduğu imkanların təqdimatıdır.

Başqa bir məsələyə nəzər salaq. Növbədənkənar parlament seçkilərinin sentyabrın 1-də keçirilməsi barədə verilən qərarın həm də başqa bir obyektiv səbəbi vardır. Unutmayaq ki, noyabr ayında ölkəmizdə çox mühüm və əhəmiyyətli beynəlxaq tədbir COP29 keçiriləcək və belə bir ərəfədə seçkilərin keçirilməsi bir sıra çətinliklər yarada bilərdi. Unutmayaq ki, COP29-da 10 minlərlə xarici nümayəndə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq. Bu möhtəbər tədbirin qalib ölkənin adına layiq şəkildə keçirilməsi sıravi vətəndaşdan tutmuş səlahiyyətli şəxslərə dövlət qurumlarından özəl təşkilatlara qədər cinsindən, milliyətindən, dilindən, dinindən aslı olmayaraq hər kəs üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirməlidir. Belə olan halda parlament seçkiləri kimi olduqca əhəmiyyətli tədbirin də COP29-la bir araya gətirilməsi praktik olaraq mümkün deyildir. Ona görə ən optimal variant parlament seşkilərini sentyabr ayında yüksək səviyyədə keçirməklə bütün ictimai fəallığı COP29-a yönəltmək olacaq. Bu, ən real variantdır.

Digər bir faktı xatırladaq. Unutmayaq ki, dekabr ayında ölkə üzrə bələdiyyə seçkiləri də keçiriləcək. Bu isə o deməkdir ki, artıq oktyabr ayında bələdiyyə seçkilərinə start verilməlidir. Belə olan halda parlament seçkilərinin noyabr ayında keçirilməsi faktiki olaraq çətinliklər törədirdi. Başqa sözlə desək, parlament seçkilərinin təbliğat kampaniyasının ən pik vaxtında bələdiyyə seçkilərində namizədlərin irəli sürülməsi və qeydiyyat prosesi aparılacaqdı. Yəni iki seçki kampaniyası faktiki olaraq eyni vaxtda həyata keçirilməli idi. Bu isə təbii ki, problemsiz ötüşməzdi. Odur ki, seçkilərin önə çəkilməsi tamamilə düzgün qərardır. Digər bir tərəfdən isə parlament seçkilərinin iki ay əvvələ çəkilməsi, qanunverici orqanın fəaliyyətinin davamlılığında da heç bir problem yaratmır.

Bəli, sentyabrın 1-də keçiriləcək seçkilərin həm də tarixi əhəmiyyəti var. Çünki Milli Məclisə növbədənkənar seçkiləri əvvəlkindən fərqləndirən ən mühüm cəhətlərdən biri bu seçkilərin ilk dəfə olaraq bütün Respublikamızın ərazisində keçirilməsidir. Artıq öz dədə-baba yurdlarına qayıtmış və seçkilərə qədər doğma yurd yerinə qayıdacaq vətəndaşlarımız sentyabrın 1-də Qarabağda, Şərqi Zəngəzurda səs verəcəklər. Hər şey Azərbaycan dövlətinin inkişafı naminə, hər şey böyük zəfərlərimiz naminə!

Zərifə Quliyeva,

YAP Veteranlar Şurasının üzvü

Digər xəbərlər