Siyasət

  • 986

"Parlament seçkiləri ən yüksək səviyyədə hazırlanacaq" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

image

"Ölkə Prezidenti cənab İlham Əliyev andiçmə mərasimində ölkəmizin güclü milli strategiyamızı, yol xəritəmizi əsaslandırılmış şəkildə qeyd etdi və fikirlərindən birində Azərbaycanda artıq yeni dönəmin başladığını elan etdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.Millət vəkili bildirib ki, təbii olaraq əgər biz 20-ci ildən sonra ölkəmizdə gedən proseslərə baxsaq görərik ki, kardinal dəyişikliklər baş verib: "Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edib. Dünyanın ən güclü ölkələrindən birinə çevrilməkdədir. Həm regional, həm qlobal mənada nüfuzu durmadan artır. Artıq bölgədən kənarda yeni siyasi politika formalaşdıran ölkələr sırasındadır. Bu mənada yeniliklərin olması labüddür. Ölkə başçısı da bu məsələləri qeyd etdi. Təbii olaraq siyasi idarəetmədə ölkə Prezidentinin seçkisi keçirilirsə, hakimiyyətin digər qolu olan parlament seçkiləri gözlənilməz deyildi. Bu məsələ də öz labüdlüyünü qoruyub saxlayırdı"."Digər məsələ noyabr ayında keçiriləcək iqlim sammiti ilə bağlı COP29 dünyanın ən böyük toplantılarından biridir. Hər il keçirilən ölkələrdə iştirakçıların sayına baxsaq, yalnız sayda artım var. O deməkdir ki, ölkəmizdə noyabr ayında keçiriləcək COP29 tədbirində 100 minə yaxın insanın gəlməsi gözlənilir. Biz burada onu görürük ki, Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi bir platforma məkanına çevrilib. Ölkəmiz həm "Avroviziya" böyük beynəlxalq müsiqi yarışması, Avropa Oyunları, İslam Həmrəylik Oyunları, Şahmat olimpiadası, "Formula1" yarışları, qlobal humanitar forumlar kimi dünyanın gözünün dikildiyi böyük tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi edib və etməkdədir. Belə bir gözəl təcrübəmiz var, amma COP29-un bütün parametrlərinə baxanda dünyanın ən böyük tədbiri kimi ən xırda detalların da unudulmadan nəzərə alınaraq keçirilməsini tələb edir. İki böyük tədbirin noyabr ayında həm COP29, həm də ölkə üçün ən vacib siyasi, böyük olan parlament seçkilərinin də eyni vaxtda keçirilməsi, demək olar ki, mümkünsüz olardı. Bu mənada seçkilərin iki ay qabağa salınması parlamentin, YAP-ın üzvlərinin, deputatların müraciət etməsi, parlamentin ümumi olaraq ölkə Prezidentinə müraciət etməsi və konsultasiyaya uyğun olaraq MSK-nın da hazır olması, ondan sonra cənab Prezidentin parlamenti buraxması Konstitusiyaya uyğun doğru atılmış addımlardır. Bu mənada düşünürük ki, sentyabrda keçiriləcək parlament seçkiləri də ən yüksək səviyyədə hazırlanacaq. Demokratik ruhda xalqın mənafeyinə uyğun yeni parlamentin formalaşması yolunda və siyasi anlamdan baxsaq, bütün kriteriyalara uyğun ən yüksək səviyyədə təşkil olunan seçkilərdən biri kimi də keçiriləcəyinə şübhəmiz yoxdur" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər